“Deputatların aldığı maaş qədər pensiya almaları səbəbsiz deyil” – Hadi Rəcəbli

Dərc olunub: 19/09/2019 - 12:43

modern.az_13332_xx453_378“2019-cu ilin yanvarında sabiq deputatların pensiyaları artıb. Söhbət o sabiq deputatlardan gedir ki, qanunla əmək pensiyası yaşı çatıb və bu artım onlara aiddir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqaüd yaşına çatan sabiq deputatların pensiya artımından danışarkən deyib.

Komitə sədri əlavə edib ki, həmin artımın ödənilməsi gözlənilir:

“Bu ilin sentyabr ayının 25-dən etibarən təqaüd yaşına çatan sabiq deputatların pensiyasının ödənilməsi gözlənilir”.

Hadı Rəcəbli bildirib ki, bu artım parlamentdə olan və təqaüd yaşına çatan deputatlara aid deyil:

“Bu artan pensiyanı parlamentdə olan və təqaüd yaşına çatan deputatlar almayacaq. Çox vaxt bu məsələlər ictimaiyyətə yanlış olaraq təqdim olunur. Bunun parlamentdə olanlara aidiyyatı yoxdur”.

Hadi Rəcəbli təqaüd yaşında olan sabiq deputatların pensiya məbləğini də açıqlayıb:

“Təqaüd yaşında olan sabiq deputatlara 2018-ci ildə Milli Məclisin deputatlarının aldığı əmək haqqı qədər təqaüd verilirdi. Deputatların aldığı maaş qədər pensiya almaları da səbəbsiz deyil. Çünki deputatların mükafatları da var. Həmin o mükafatları da əmək haqqının üzərinə gəlirik. O da 80% edəndə pensiya maaşın miqdarı qədər olur. Hazırda deputat nə qədər maaş alırsa, təqaüd yaşında olan sabiq deputat da o qədər pensiya alacaq”.

Qeyd edək ki, pensiya hüququna malik olan eks-deputatlara Milli Məclisinin fəaliyyətdə olan deputatının maaşı qədər pensiya verilir.

Qanunvericiliyə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra- 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var.








loading...


Fikrinizi bildirin