Erkən nikahların daha çox qeydə alındığı bölgə -Dövlət Komitəsi açıqladı

Dərc olunub: 19/09/2019 - 12:55

gelin_0562“Bu gün cənub zonasında erkən nikahlarla bağlı rəqəm artıq qorxulu deyil. Çünki bu göstərici Aran rayonlarında daha çox artıb”.

“Report” xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Qadın hüquqlarının qorunmasında dini icmaların yeri və rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün erkən nikahlar Bakı kəndlərində də qeydə alınır: “Araşdırmamıza görə cənub zonasının elə ucqar kəndləri var ki, son 10-15 ildə orada ali təhsil alan bir qız belə yoxdur. Bəzi bölgələrdə isə təhsil alan qızların sayı oğlanlardan çoxdur. Bunun da səbəbi odur ki, o bölgədə oğlanlar radikal dini qruplaşmaların təsiri altına çox düşür”.

Aynur Veysəlova qeyd edib ki, bu gün 15-17 yaşlı qadınların dünyaya gətirdiyi körpələrin sayı xeyli azalsa da, ötən ilin rəqəmləri (2129) heç də az deyil. Çünki gərək 15-17 yaşında 3000-3500 qız qeyri-rəsmi nilkaha girməlidir ki, onlardan da 2129 körpə dünyaya gəlsin”.








loading...


Fikrinizi bildirin