"Xidməti borcunu yerinə yetirərkən rəhmətə gedib, şəhid deyil" - İcra Hakimiyyəti

Bu gün sosial şəbəkələrdəki bəzi paylaşımlarda Cəlilabad rayon sakini olan hərbi qulluqçu Sənan Hüseynovun şəhid olduğu bildirilib.

Modern.az saytı məsləyə aydınlıq gətirilməsi üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən bildirilib ki, Sənan Hüseynov şəhid olmayıb.

Sənan Hüseynov şəhid deyil. O, xidməti borcunu yerinə yetirərkən rəhmətə gedib. Sənan Hüseynova “leykoz” diaqnozu qoyulub. Əsgər dünən axşam rəhmətə gedib və bu gün dəfn olunub”.

İcra Hakimiyyətindən o da bildirilib ki, mərhum əsgər Sənan Hüseynov Şəmkirdəki N saylı hərbi issədə qulluq edirdi.

635x100

Şərhlər

t.ədalət 2019-09-19 13:27:08

Əsgərin xəstəliyi bəlkə cəbhə xəttində xidmətlə bağlı,yəni qorxudan yaranıb,deməli, şəhiddir.Oturduğu yerdə ölməyib ki.İcra başçısını bir gün ön səngərdə saxlasan,bəlkə də leykoz yox,ondan da betərinə tutular.Sadəcə olaraq,mərhumu hərbi həkimlərin deyil,mülki həkimlərin arayışı əsasında müayinə etmək lazımdır.Çünki hərbi həkimlər xəstə əsgərləri,pulunu almayana kimi heç müalicəyə götürmürlər.Cəbhə xəttindəki "N" saylı hərbi hissədə xidmət edən öz övladımla əlaqədar bunun şahidi olmuşam..

Son yazılar