Gələn il Bakıda daha iki "ASAN xidmət" mərkəzi açılacaq

Bu ilin sonunadək Azərbaycanda 5 yeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha 2, regionlarda isə əlavə 5 yeni analoji mərkəz açılacaq.

"APA-Economics"in xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.

Onun sözlərinə görə, bununla da ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq.

"Hazırda ölkə üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan 5-i Bakıda, digərləri isə regionlarda yerləşir. Bundan başqa, 2 “ASAN kommunal xidmət” mərkəzi, 1 “ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5%-ni əhatə edir", - deyə C. Salmanov qeyd edib.

635x100

Şərhlər

Araşdırmaçı 2019-09-19 13:36:01

Ceyhun müəllim, Asan xidmətdə işləyən kadrların çoxu Ukraynada, Gürcüstanda və Azərbaycan Beynəlxalq Universitetini qurtaranlardır....Şəki də Asan xidmətin Natariusunda işləyən Sərdar Nəsibov orta məktəbi mənimlə oxuyub,savadsız,adicə kitabı üzündən oxuya bilmirdi ? İndi heç bir Dövlət Qulluğunu keçməyərək, Beynəlxaq Universitetin əlində diplomu olan Sərdar Nəsibov Notarius işləyir....? Xalqın gözü tərəzidir.............?

Son yazılar