Ərdoğan İŞİD-ə görə fövqəladə toplantı çağırdı

publika.az1409377691erdoganTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təcili toplantı çağırıb.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğanın rəhbərliyi ilə İraq və Suriyadakı vətəndaş müharibəsi, İŞİD terror təşkilatının regiona təsiri və ABŞ-ın bu təşkilata qarşı başlatdığı mübarizə ilə bağlı fövqəladə iclas keçiriləcək.

Bu, Ərdoğnın prezident kimi fəaliyyətə başlamasından sonra Türkiyə Milli Güvənlik Kurlunun ilk növbədənkənar iclası olacaq.

Regiondakı münasibətlər və Türkiyənin təhlükəsizliyinin müzakirə olunacağı toplantıda baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdət Özəl, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Əfkan Ala və milli təhlükəsizlik naziri İsmət Yılmaz iştirak edəcək .

İclas yerli vaxtla saat 13:30-da başlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar