“Kartof Festivalı” kütləvi zəhərlənmə ilə nəticələndi - 7 nəfər xəstəxanaya çatdırılıb (ADLAR)

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda qeydə alınıb.

Festival iştirakçılarından, İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Elli 2019-09-19 13:43:03

malades

Mirzə AĞ 2019-09-19 13:43:03

Təklifim budur ki, gələn həftə rayonların birində də "balqabaq" ("dalqabaq" yox haaa!) festivalı keçirilsin...

adamın biri 2019-09-19 13:43:03

bu əttökən festifallar nəvaxt qurtaracaq? xurna festifalı, qoz-fındıq festifalı, nar festifalı ay nə bilim balqabaq borani festifalı, yox bir daha nə! Qurtarın da bə!

Ismayilli sakini 2019-09-19 13:43:03

Gunah Ismayillinin icra bawcisindadir ki duzgun nezaret etmeyib ve ehalini iwtrakcilari tehluke altinda goyub.

Iwtrakci 2019-09-19 13:43:03

Kartofunuzu yesinler!

Ilqar Haciyev 2019-09-19 13:43:03

Kartof festivalinda kartof gizardib verin da jamahata zeherli doner niye verirsiz?

Son yazılar