Cəmşid Hənifəyevə yeni vəzifə verilib

Dərc olunub: 19/09/2019 - 14:43

195d83551f7ec67Səbail rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin sabiq rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyev yeni vəzifəyə təyin edilib.

APA-nın məlumatına görə, C.Hənifəyev Nərimanov Rayon Polis İdarəsinin Təşkilati-İnspektor qrupunun inspektoru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, C.Hənifəyev bu ilin fevralında Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifədən azad edilərək sərəncama götürülüb.








loading...


Fikrinizi bildirin