“Atəşgah” sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb -  VİDEO

Dərc olunub: 19/09/2019 - 16:31

a5706f2f-0309-497e-ba54-52deb7ad9f7bSumqayıtda “Atəşgah” sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb. “Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil – “Hyundai-İX35″ və “Mercedes” toqquşub.

Qəza zamanı zərbənin gücündən “Mercedes” aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin