"Böyük müharibə başlayacaq" - İran təhdid etdi
Baxiş sayı:
Dərc olunub:
19/09/2019 - 17:53
ABŞ və ya Səudiyyə Ərəbistanı tərəfindən İrana hücum olacağı təqdirdə genişmiqyaslı müharibənin başlaması qaçılmazıdr.
Trend-in məlumatına görə, bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.
Nazir ABŞ və ya Səudiyyə Ərəbistanı tərəfindən hücum olarsa, İran hansı addımı atacaq sualına cavab olaraq qeyd edib: "Böyük müharibə başlayacaq".
İranlı rəsmi daha sonra əlavə edib: "Heç şübhəsiz ki, İran öz ərazisinin müdafiəsinə qalxacaq".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.