SOCAR-ın Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının açılışı olub –FOTOLAR

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və Neftçilər Günü ərəfəsində SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin yeni inzibati binasının əsaslı təmirdən sonra açılışı keçirilib.

ARDNŞ-dən Strateq.az-a verilən məlumata görə, SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş Hissəsinin əsas xidmət fəaliyyəti SOCAR-ın tərkibinə daxil olan təşkilatların obyektlərində neft, qaz, su təzahürlərinin, idarə olunmayan açıq neft, qaz, su fontanlarının, eləcə də bununla bağlı olan istehsalat xəsarətlərinin və zəhərlənmələrinin qarşısının alınması işində xidmət edilən müəssisə və təşkilatlara təcrübi köməklik göstərmək üçün profilaktik işin aparılmasından ibarətdir.

Profilaktik işlər SOCAR-ın prezidenti tərəfindən təsdiq olunmuş 16.10.2006-cı il tarixli “Dağmədənxilasetmə hərbiləşdirilmiş hissələr və dəstələr haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Profilaktik işin aparılmasında əsas vəzifə obyektlərdə işlər aparılan zaman texniki qaydaların tələblərinin pozulmasına və texnoloji əməliyyatlarda nöqsanlara yol verməmək, obyektlərin fontan təhlükəsizliyinin, eləcə də neft, qaz və su təzahürləri, idarə olunmayan açıq fontan və qəzalar baş verdiyi hallarda onların tez və səmərəli ləğv edilməsi üçün obyektlərin və işçi heyətin hazırlıqlı olmalarının təmin edilməsidir.

Hissə tərəfindən qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üçün qəzaların neft, qaz, su təzahürlərinin, idarə olunmayan açıq fontanların qarşısının alınması nöqteyi-nəzərindən obyektlərdə həyata keçirilən təşkilatı-texniki tədbirlərin, rasional texnoloji və texniki işlərin düzgün yerinə yetirilməsinə, quyu konstruksiyasının layihəyə uyğunluğuna, avadanlıqların quraşdırılma və birləşmə sxemlərinə uyğun olaraq düzgün yerləşdirilməsinə və birləşdirilməsinə müntəzəm olaraq ciddi nəzarət edilir.

Uzun müddət istismarda olan, həmçinin ləğv edilmiş, bu və ya digər səbəblərdən konservasiya edilmiş quyuların texniki vəziyətinin yoxlanılması gözlənilən risklərin qarşısının vaxtında alınması üçün vacib tədbirlər görülür, gələcəkdə obyektlərdə insanların həyatına təhlükə yaradan qəzalara, neft, qaz və su təzahürlərinə, idarə olunmayan açıq fontanlara qayda və təlimatların tələblərinin pozulmasına gətirib çıxaran nöqsanların qarşısının vaxtında alınmasına Hissə tərəfindən daim ciddi nəzarət olunur, beynəlxalq standartların tələblərinə uyğun daim təkmilləşmə və inkişaf istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə risklərin operativ surətdə, düzgün və ən müasir metodlarla qiymətləndirilməsi, baş verə biləcək neft, qaz, su fontanlarının qarşısının vaxtında alınması üçün həmin quyuların faktiki vəziyyəti Hissənin mütəxəssisləri tərəfindən təftiş olunur. 

FQDMXHH-nin nüfuzunun bərpa edilməsi, idarəetmə sisteminin qurulması, maddi-texniki bazanın formalaşdırılması, hissənin fəaliyyətinin gücləndirilməsi, risklərin operativ surətdə, düzgün və ən müasir metodlarla qiymətləndirilməsi, baş verə biləcək neft, qaz, su fontanlarının qarşısının vaxtında alınması, tapşırıqların vaxtında və dəqiq icrasını təmin etmək məqsədi ilə SOCAR rəhbərliyi tərəfindən yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti ilə tanınan İskəndər Şirəliyə etimad göstərilmiş, bütün bu işlər ona həvalə edilmişdir.

Yeni rəhbərlik tərəfindən idarəetmə aparatının yeni inzibati binası əsaslı təmir edilmiş, magistral yoldan inzibati binaya qədər olan yol örtüyü asfaltlanaraq yenilənmiş, ağaçlar əkilmiş, yeməkxana, asudə vaxtın səmərəli təşkili üçün idman zalı hazırlanmış, iş otaqları soyuducu və iş mebelləri ilə təchiz edilmiş, onların müasir ofis şəratində çalışmaları üçün zəruri olan bütün avadanlıqlarla alınaraq təmin edilmiş, işçi heyətinə yeni forma ilə (geyim, ayaqqabı, papaq) paylanılmışdır.

Hissənin müasir idarəetmə sistemlərinə və beynəlxalq təcrübəyə əsaslanaraq operativ şəkildə idarə edilməsi məqsədi ilə struktur yenidən formalaşdırılmış, Neft, qaz, su təzahürlərini və açıq fontanların qarşısının alınması profilaktik işlərin aparılmasının idarə edilməsi məqsədi ilə Dağmədənxilasetmə işləri üzə profilaktika şöbəsi, Açıq neft və qaz fontanı gözlənilən mühitdə mürəkkəb qəza-təmir işlərinin aparılması, açıq fontanların, neft, qaz və su təzahürlərinin ləğv edilməsi işlərinin idarə edilməsi məqsədil ilə Açıq fontanların, neft, qaz, su təzahürlərinin ləğv edilməsi işləri üzrə əməliyyat şöbəsi, neft, qaz, qazkondensat yataqlarında quyuların qazılması, mənimsənilməsi, istismarı və təmiri zamanı işlərin təhlükəsiz aparılması üzrə qaydalara, təlimatlara və digər sənədlərə riayət edilməsinə nəzarətin müvafiq qaydada həyata keçirilməsi, əməyin mühafizəsi, qəzaların, partlayışların, digər xoşagəlməz hadisələrin qarşısının alınması və ləğv edilməsi, həmçinin yanğın təhlükəsizliyi və dövlət əmlakının qorunması işlərinin təmin edilməsi məqsədi ilə Əməyin və ətraf mühitin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsi, qaz, neft, su təzahürlərinin və açıq fontanların qarşısının alınması üzrə profilaktik işlərin təşkil edilməsi, əməliyyat dəstələri tərəfindən görülən işlər, baş vermiş hadisələr barədə məlumatların qəbul edilməsi, qeydiyyata alınması və “Həyəcan” siqnalı üzrə şəxsi heyətin çağırılmasını operativ şəkildə təmin edilməsi məqsədi ilə 24 saat fəaliyyət göstərən Operativ idarəetmə şöbəsi, SOCAR-ın tərkibində fəaliyyət göstərən müəssisələr ilə bərabər neft-qaz sənayesində müştərək fəaliyyət göstərən (şirkətlər, nümayəndəliklər, filiallar, birgə MMC-lər) təşkilatlar tərəfindən də bu işlərin yerinə yetirilməsi üçün daxil olan müraciətlərin araşdırılması və dəyərləndirilməsi, beynəlxalq əməkdaşlıq və vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar xarici şirkətlərlə müqavilələrin bağlanması zamanı protokol işlərinin təşkili və onların düzgün aparılmasına nəzarətin aparılması istiqamətində təkliflərin hazırlanması və danışıqların aparılması məqsədilə Xarici əlaqələr şöbəsi fəaliyyətə başlamışdır.

Müasir standartlarına cavab verən ixtisaslı kadrların yetişdirilməsi, onlara olan tələbatın cari və perspektiv planlarını  işlənib hazırlanması, əmək qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətin tənzimlənməsi, işçilərin ixtisasını və nəzəri biliklərini artırılması, yeni texnika və texnologiyalara yiyələnməsi, qabaqcıl iş metodlarından istifadə edilməsi, işçi heyətinin müasir kurs və təlimlərə cəlb edilməsi məqsədi ilə İnsan resursları şöbəsi, Hərbiləşdirilmiş Hissənin öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətini həyata keçirilməsi, elektron sənəd dövriyyəsini, icraya nəzarət işlərinin təşkili və təkmilləşdirilməsini təmin etmək məqsədi ilə İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsi yaradılmış, boş vakansiyalar peşəkar mütəxəssis heyəti ilə komplektləşdirilmişdir.

SOCAR-ın tərkibində fəaliyyət göstərən digər struktur vahidləri ilə yanaşı, FQDMXHH ölkəmizin neft-qaz sektorunun inkişafına daim öz töhfəsini vermək üçün açıq fontanların qarşısının alınması, profilaktiki işlərin görülməsi, ləğv edilmə işlərində görülən işlər üçün zəruri olan avadanlığın, qurğuların, materialların, şəxsi müdafiə və rabitə vasitələrinin, eləcə də neftin, qazın itkisinin azaldılması, yanacaq, elektrik enerjisinə, material və alətlərə qənaət olunması, avadanlıq və istehsalat ehtiyatlarından daha səmərəli istifadə olunması üçün müasir mal-material, texnikanın və müasir avadanlıqların alınması və işin mütərəqqi üsullarla müasir standatlara cavab verəcək şəkildə qurulması, risklərin maksimum dərəcədə azaldılaraq, Hissənin fəaliyyətinin müasir standartlara cavab verəcək şəkildə qurulması və yenilənməsi, eyni zamanda,  Azərbaycanda və xaricdə Hərbiləşdirilmiş Hissənin sahəsi üzrə fəaliyyət göstərən şirkətlər, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri, təhsil ocaqları ilə və neft sektorunun gücü və tanınmış şirkətləri ilə qarşılıqlı əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi, müvafiq sahə üzrə fəaliyyət göstərən xarici şirkətlərlərin partnyorluğa cəlb olunması planlaşdırılır.

Tədbirdə SOCAR prezidenti, vitse-prezidentlər və SOCAR-ın tabeliyindəki qurumların rəhbər heyəti iştirak etmişlər.

Hissənin açılış mərasimindən sonra Hissə rəisi İ.Şirəli tərəfindən görülən işlər barədə SOCAR Prezidenti cənab R.Abdullayevə ətraflı məlumat verilmişdir. SOCAR Prezidenti R.Abdullayev yeni inzibati binaya baxış keçirilmiş, görülən işləri yüksək qiymətləndirmiş, “Əsrin müqaviləsi”nin 25-ci ildönümü və Neftçilər Günü münasibəti ilə işçi heyətini təbrik etmiş, onlara bu şərəfli xidməti vəzifələrinin icrasında uğurlar arzulamışdır.

635x100

Şərhlər

EJDER 2019-09-19 20:10:49

MALADES,ROVNENQ LAP ANALOQU OLMAYAN SAAT KIMI IWLEYIR,,BRAVO,,LUKAWENKO CANI,,WEREF,,ORDENINE LAYIQDI.,,..

Son yazılar