XÜSUSİ XİDMƏT RƏHBƏRLƏRİMİZDƏN NÜMUNƏVİ ADDIM - Müxalifət liderinin oğlunun yas mərasiminə qatıldılar...

Azərbaycanda iqtidar-müxalifət münasibətləri uzun müddət düşmənçilik həddində olduğundan, iqtidar təmsilçilərinin müxalifət, müxaifət təmsilçilərinin də iqtidar adamlarının xeyir-şər məclislərində görünməsi çox zaman sensassiya kimi qarşılanır.

Baxmayaraq ki, Azərbaycan xalqının uzun əsrlər boyu qoruyub saxladığı adət-ənənələrdən biri hətta qan düşmənlərinin belə, hüzr mərasimlərində kin-küdurəti, düşmənçiliyi arxa plana keçirib, yas sahibini ziyarət etməsi olub, ancaq son illərin siyasi bölünməsi və gərginliyi, az qala, bu adətimizin də tam sıradan çıxarılmasıyla nəticələnmişdi.

Ancaq belə görünür ki, bir müddət əvvəl Birinci-vitse prezident Mehriban Əliyevanın eks-prezidentlər Ayaz Mütəllibovun və Əbülfəz Elçibəyin vəfat etmiş xanımlarının yas mərasimlərinin təşkilini üzərinə götürməsi unudulmaqda olan bu milli adət-ənənəmizin yenidən bərpasına rəvac verib.

Belə ki, bu gün – sentyabrın 19-da Ədalət Partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun ötən il Türkiyədə qətlə yetirilmiş oğlu Etimad İsmayılovun “Təzə Pir” məscidində keçirilən il mərasiminə qəfildən Azərbaycan hakimiyyətinin iki önəmli postunun rəhbəri – Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi, general-leytenant Orxan Sultanovun təşrif buyurması təkcə İlyas İsmayılov yox, elə mərasimdə iştirak edən əksər insanlar üçün də gözlənilməz olub.

Strateq.az bildirir ki, həm Əli Nağıyev, həm də Orxan Sultanov və onları müşayiət edən şəxslər İlyas İsmayılova oğlunun itkisiylə bağlı başsağlığı verərək, onun kədərinə şərik olduqlarını çatdırıblar.

Xüsusi xidmət orqanları rəhbərlərinin bu davranışı onlar getdikdən sonra əsasən müxalif fikirli insanların toplaşdığı mərasim zalında geniş müzakirə olunub və hər iki məmurun addımı rəğbət və təqdirlə qarşılanıb.

Ümid edirik ki, yüksək rütbəli məmurlarımızın cəmiyyətin və millətin bütövləşməsinə və milli adət-ənənələrimizin qorunub saxlanmasına xidmət edən bu sayaq davranışları davamlı xarakter daşıyacaq(Strateq.az).

635x100

Şərhlər

bisavasd 2019-09-19 21:20:40

Dostu düşməndən ayıran məmurlarımızı allah saxlasın

Максим Калинин 2019-09-19 21:20:40

Разведчик, любезные мои, обязан любить своего врага, любить трепетно и нежно - иначе он никогда не сумеет нащупать его сонную артерию...

Veteran 2019-09-19 21:20:40

Nece deyerler, no comments

Səbuhi 2019-09-19 21:20:40

Əli müəllim savadlı və peşəkar zabitdir. Bununla yanaşı böyük həyat təcrübəsinə malikdir. Əminəm ki, Əli müəllim Azərbaycan xalqının rifahı və dövlətimizin təhlükəsizliyinin keşiyində dayanan generaldır.

Kohne 2019-09-19 21:20:40

Birincisi Ilyas ismayilov hardasa kecmişde Nagiyevle hardasa kolleqa ola biler!Ikinciside,ikincisinide özü yaxşi bilir.

Wolfgun 2019-09-19 21:20:40

Halal olsun bela memurlara ki oz adet enenelerine sadiq , ulu onderin humasintlik desti xettini davam etdirirler ve gelecek nesile ornek mektebi qurulur.

Pisi 2019-09-19 21:20:40

Eli Nagiyev super teyinatdi cenab prezident ehsen size

vekil 2019-09-19 21:20:40

bu insan esl Azerbaycanli,esl vetenperver memurdur kas ki o birileri de bele sade duzgun insan olardi.

oxucu 2019-09-19 21:20:40

Əli müəllim yaxşı insandır.Bir də ki insanı insanlıqdan çıxaran kin küdurət,qisasçılıq,zalımlıqdır.Əli müəllim belə insana oxşamır.Keçmışdə olan keçmişdə qalmalıdır.Həmişə belə olun hörmətli Əli müəllim.Keçmışdən dərs götürmək olar,amma istifadə yox.

qiyas 2019-09-19 21:20:40

Halal olsun bele rəhbərlərə!

Son yazılar