Bakıda iki avtomobil toqquşub – Ölən və xəsarət alanlar var

Dərc olunub: 20/09/2019 - 00:33

25d83e4af1cf2dBakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Belə ki, 75 yaşlı Fəttahov Hidayət Seyidmiri oğlunun idarə etdiyi “VAZ 2106″ markalı avtomobil köməkçi yoldan qəfil Mehdi Hüseynzadə küçəsinə çıxıb. Yüksək sürətlə gələn Bu vaxt “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “VAZ 2106″-ya çırpılıb. Zərbənin gücündən “VAZ 2106″-nın sürücüsü H.Fəttahov hadisə yerində keçinib. “Mercedes” isə evin daş hasarına çırpılıb.

“Mercedes”də olan sürücü və sərnişin xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.








loading...


Fikrinizi bildirin