“ABŞ kosmosa silah yerləşdirir” – Lavrov

Dərc olunub: 20/09/2019 - 08:16

trend_sergey_lavrov_070416_3Rusiya Xarici İşlər naziri Serqey Lavrov bəyan edib ki, ABŞ kosmosa silah yerləşdirmə planların icra etməyə başlayıb.

Bu barədə “Report” Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadən məlumat yayıb.

Nazirin “Rusiya qlobal siyasətdə” jurnalında dərc edilən məqaləsində bildirilib ki, rəsmi Vaşinqton Rusiya tərəfinin silahların kosmosda yerləşdirilməsinə dair universal moratoriumun razılaşdırılması barədə təklifini qəbul etmir.

Diplomat eyni zamanda qeyd edib ki, Qərb liberal dəyərləri müdafiə edir və eyni zamanda sanksiyalar, hərbi təhdidlər və suveren dövlətlərin bombalanması siyasətini yürüdür.








loading...


Fikrinizi bildirin