Bakıda kafe sahibi itkin düşüb

Dərc olunub: 20/09/2019 - 09:31

eb5bd117-30ca-43b0-be15-9bc9809a2579Bakı şəhərində 34 yaşlı kişi itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, Sabunçu rayon sakini Seyidağa Vəliyev sentyabrın 18-də oğlu, 1985-ci il təvəllüdlü Əmişağa Vəliyevin itkin düşməsi barədə Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) müraciət edib.

O bildirib ki, özü ilə eyni ünvanda yaşayan oğlu Ə.Vəliyev iyulun 9-da, saat 10:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində işlətdiyi “Zambaq” kafesinə getmək adı ilə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Binəqədi RPİ-nin 6 PB-də araşdırma aparılır.








loading...


Fikrinizi bildirin