Bakıda ana iki azyaşlı övladı ilə birlikdə itkin düşüb

Dərc olunub: 20/09/2019 - 11:10

825d84791c7ca0aBakıda ana iki övladı ilə birlikdə itkin düşüb.

APA-nın məlumatına görə, Nizami rayon sakini Xəyal Babaşov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək, arvadı – 1994-cü il təvəllüdlü Gülşən Babaşovanın azyaşlı övladları, 2016-cı il təvəllüdlü Fatimə Babaşova və 2013-cü il təvəllüdlü Xəyal Babaşovla birlikdə yaşadıqları evdən çıxıb getdiyini və geri qayıtmadıqlarını bildirib.

Daxil olan müraciət əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Faktla bağlı axtarışlar davam etdirilir.








loading...


Fikrinizi bildirin