Obama Ebola epidemiyasının nəzarətdən çıxdığını elan etdi

Ebola epidemiyası nəzarətdən çıxıb və bu virusa yoluxanların sayı on minlərlə ola bilər.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə ABŞ prezidenti Barak Obama bildirib.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ Ebola epidemiyasına qarşı mübarizə üçün Qərbi Afrikaya 3 min hərbçi göndərir.

“Situasiya nəzarət altından çıxıb, vəziyyət getdikcə pisləşir. Virus olduqca sürətli yayılır. Bu gün Qərbi Afrikada minlərlə adam yoluxub. Bu rəqəm on minlərlə ola bilər” - deyə Obama Atlantadakı xəstəliklərə nəzarət və profilaktika mərkəzinə baş çəkərkən bildirib.

Obama deyib ki, virusun ABŞ-da yayılması riski hazırda çox aşağıdır, bununla belə bütün ehtiyat tədbirləri görülməlidir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu günədək Ebola virusundan ölənlərin sayı 2400 nəfəri keçib, 5 minə yaxın adam bu virusa yoluxub. Virusa yoluxanların 90 faizə yaxını ölür. Epidemiya əsasən Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya, Konqo Demokratik Respublikası və Seneqalda yayılıb.

Ebola virusunun ilk dəfə meydana çıxdığı 70-ci illərin sonlarından bu yana virus heç vaxt bu cür geniş miqyasda yayılmamışdı və indiki kimi kütləvi ölümlərə səbəb olmamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar