Bakıda üç nəfərə qarşı 39 500 manatlıq dələduzluq edilib

Dərc olunub: 20/09/2019 - 12:42

b3925fcb-7ecd-4f6f-abfb-e7c8671d8fd8Bakıda üç nəfərə qarşı 39 500 manatlıq dələduzluq edilib.Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakinləri İ.Ağayev və E.Axundzadə cari ilin iyul ayında Nərimanov Rayon Polis İdarəsinə müraciət edərək Firdovsi adlı şəxsin aldadaraq onlardan, ümumilikdə, 34 500 manat pul aldıqlarını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Ələkbərov saxlanılıb.
Onun 2013-cü ilin oktyabr ayında paytaxt sakini olan daha bir qadını aldadaraq 5000 manatını alması da müəyyən edilib.








loading...


Fikrinizi bildirin