SSRİ-nin bərpasına ilk işarə - Video

Moskvanın simvolu ağ rəngə boyanır

Moskvanın simvolu olan Kreml ağ rəngə boyana bilər.

ANS TV-nin məlumatına görə, Rusiyanın “Zvezda” telekanalından bildirir ki, bu maraqlı təşəbbüslə Rusiya Dövlət Dumasının “Liberal-Demokratlar Partiyası” fraksiyasının üzvü Mixail Deqtyarev çıxış edib. Deputat özünün orijinal təşəbbüsünü onunla əsaslandırıb ki, Kreml ağ rəngə boyanmaqla vahid Avrasiya məkanının bərpa olunmasının simvoluna çevrilə bilər. Bunun üçün ümumxalq səsverməsi və ümumrusiya referendumu keçirməklə bağlı təklif də irəli sürüb.

Vladimir Jirinovski “Rusiya Liberal-Demokratlar Partiyası”nın deputatları bundan əvvəl də Rusiyanın dövlət bayrağının dəyişdirilərək qara-sarı-ağ rəngdən ibarət olan Rusiya İmperiyasının bayrağı ila əvəz olunması təklifi ilə çıxış etmişdilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar