"Gələn il Azərbaycanda inflyasiya 3,3% olacaq" - IMF
Baxiş sayı:
Dərc olunub:
20/09/2019 - 18:27
Azərbaycanda 2020-ci ildə inflyasiyanın səviyyəsi 3,3% təşkil edəcəyi proqnozlaşdırılır.
“APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) dərc etdiyi yeni hesabatda deyilir.
Hesabata əsasən, 2019-cu ildə ölkədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,2%, 2020-ci ildə isə 3,3% artacaq.
Qeyd edək ki, Azərbaycan hökumətinin ortamüddətli proqnozlarına əsasən, ölkədə inflyasiyanın səviyyəsi 2019-cu ildə 3,7%-ə, 2020-ci ildə 4,6%-ə, 2021-ci ildə 4,5%-ə, 2022-ci ildə 4,1%-ə, 2023-cü ildə isə 3,9%-ə bərabər olacaq.
Son yazılar
15:12
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.