“Alov Mühafizə” MMC ilə bağlı iddialar təkzib olunur 

Bir müddət əvvəl “AzPolitika.info”-ya Binəqədi rayon Zahid Qənbərov küçəsi 11 A, ev 52 ünvanında yaşayan Hüseynov Zaur Mehdi oğlunun imzası ilə daxil olan məktubda “Alov” Mühafizə Xidmətinin rəhbərliyinə qarşı bəzi ittihamlar irəli sürülmüşdü.

Həmin ittihamlara aydınlıq gətirməsi üçün “Alov” Mühafizə Xidmətinə verdiyimiz sorguya cavab olaraq saytımıza göndərilən məktubda isə iddialar təkzib edilmişdi. Həmin məktub da saytımızda dərc olunub.

Dünən “Alov Mühafizə” MMC-nin rəhbərliyi tərəfindən saytımıza göndərilən məktubda isə bir daha iddiaların tamamilə əsassız olduğu vurğulanıb. Həmin məkubda imzası olan Hüseynov Zaur Mehdi oğlunun belə ittihamlarla ümumiyyətlə çıxış etmədiyi qeyd edilib.

Məktubda bildirilir: "Büdcədən ayrılan külli miqdarda vəsaitin “Alov” Mühafizə Xidmətinin rəhbərliyi tərəfindən mənimsənildiyi barədə “AzPolitika.info” və digər informasiya vasitələrində getmiş məlumatlara münasibətimiz olaraq bir daha aşağıdakıları diqqətə çadırırıq.

Belə ki, məlumatın Binəqədi rayon Zahid Qənbərov küçəsi 11 A, ev 52 ünvanında yaşayan Hüseynov Zaur Mehdi oğlu tərəfindən göndərilidiyi bildirilib.Həmin şəxs isə onun tərəfindən hər hansı məlumatn hər hansı qaydada göndərilmədiyi, onun bunlardan xəbərsiz olduğu bildirilib və bu onun tərəfindən rəsmi qaydada, yazılı olaraq aqidiyyəti üzrə təqdim edilib. Həmin məlumat tərəfimizdən daha öncə də “AzPolitika.info”-ya ünvanlanıb.

Şərh olunanları nəzərinizə çatdıraraq bir daha tərəfinizdən həmin məlumatların təkzib olunmasını, məlumatın anonim olmasını mətbuta açıqlamanızı xahiş edirik".

“Alov” Mühafizə Xidməti ilə bağlı məktubda səslənən iddiaların təsdiqini tapmadığını nəzərə alaraq, "AzPolitika.info" saytı Xidmətin rəhbərliyindən və oxuculardan üzr istəyir.    

AzPolitika.info

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar