“Sağlam Yaşa” Cəlilabadda tədbir keçirib – FOTO

Dərc olunub: 20/09/2019 - 20:44

DSC05362

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi 19 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Məişət zorakılığını yaradan səbəblər və onların aradan qaldırılmasına dəstək” adlı layihəsinin növbəti tədbirini Cəlilabad rayonunda davam etdirib.

Rayonun H. Əliyev mərkəzində keçrilən tədbiri giriş sözü ilə RİH- nümayəndəsi Loğman Hüseynov açaraq qonaqları salamladı və bu kimi tədbirlərin keçrilməsinin əhəmiyyətini vurğuladı.

Layihə rəhbəri Tələt Qəribov mövzunun əhəmiyyəti haqqında geniş məlumat verdi. Son vaxtlar ailədaxili cinayətlərin ststistikasında artım müşahidə olunmasını cəmiyyətdə böyük narahatlıq doğurduğunu xüsusi vurğuladı və iştirakçıları müzakirələrdə fəal olmağa səslədi.

Rayon ağsaqallar şurasının sədri Ədalət Əsgərov, rayon mədəniyyət mərkəzinin əməkdaşı Hüseyn İsmayılov, rayon tibb kollecinin tələbəsi Fatimə Quliyeva və başqa çıxış edənlər məişət zorakılığını həqiqətən də cəmiyyətimiz üçün çox narahatedici bir səviyyəyə çatdığını qeyd etdilər. Sonda iştirakçılar bu mövzuda televiziya verilişlərinin zəif olduğunu və öz təkliflərini səsləndirdilər.

DSC05367

DSC05379








loading...


Fikrinizi bildirin