“BELƏ DEPUTATLA BİR MƏCLİSDƏ OTURMAQ AYIBDIR” – Cəbrayılovu biabır etdilər

Bu gün millət vəkili Rəfael Cəbrayılovun iki deputat vəsiqəsini fərqli iki xanıma girov qoyaraq ümumilikdə 600 min dollar borc pul alması və həmin pulu qaytarmadığı üçün haqqında məhkəmə qərarının verilməsi ən çox müzakirə edilən mövzu oldu.

Məsələ sosial şəbəkələrdə də dartışılıb, deputat haqqında ictimaiyyətin tanınmış nümayəndələri deputatın bu hərəkəti haqda sərt tənqidlər səsləndiriblər. Həmin fikirlərin bəzilərini təqdim edirik:

Elçin Alıoğlu, jurnalist

Bu adama yaxşı baxın. Rəfael Cəbrayılovdur, millət vəkilidir. İroniyaya bax ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür hələ də.

Deyilir ki, sən demə, bu qəhrəman ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub.

Lakin deputat borcu vaxtında ödəyə bilməyib. R.Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi deputat vəsiqəsini girov qoyub.

Amma pulu yenə qaytarmayıb.

Cəbrayılov, pulu qaytarıbsan, yoxsa yalan iddialardır? Məhkəmə deyir iddia gerçəkdir. Sən nə deyirsən?

Eynulla Fətullayev, jurnalist

(Gürcü deputat Şota Şalelaşvilinin fotosunu paylaşaraq yazıb)

Millət vəkili Rəfael Cabrayılov və bizneslə məşğul olan digər deputatların nəzərinə!

Bu kişinin adı Şota Şalelaşvilidir. Gürcüstan parlamentinin deputatı idi. Bir neçə gün öncə deputat mandatından imtina edib. Çünki Gürcüstanda Azərbaycanda olduğu kimi parlamentin üzvlərinə bizneslə məşğul olmaq yasaqdır! Gürcüstan deputatı mandatından imtina edib biznesə qayıdır, bizim millət vəkili isə mandatını zaloq qoyur! Kədərlidir? Məncə, olduqca! Biz belə millət vəkillərinə layiq millət deyilik. Əfsus...

(E. Fətullayev daha sonra millət vəkilinin yazılı iltizamını paylaşıb)

Deputatın yazılı iltizamı da üzə çıxdı... Bu bədbəxt dünya-aləmə borclu imiş. Elə bir iltizamda 70 min dollar borcu olduğunu etiraf edir. Özü də pulları ancaq qadınlardan alıb. Belə deputatla bir Məclisdə oturmaq belə ayıbdır.

Elçin Əlibəyli, jurnalist 

Bunlara nə olub? Biri "Relax" və böyük siyahıda biznes sahibi olduğunu boynuna alır, bu mandatı girov qoyub bu qədər pul götürür. Belə naxələf, etimaddan sui-istifadə edənlər cəzalanmalıdır!

Osman Gündüz, ekspert

Son zamanlar deputatlar, hətta Parlamentdə müxtəlif vəzifələrdə olanlar daha çox mənfi informasiyalarla gündəmdədirlər.

İndi də birisinin hətta deputat vəsiqəsini girov qoyaraq 300 min $ borc aldığı, işin məhkəmədə olduğu bildirilir.

Ölkədə isə nə qədər görüləcək işlər var, islahatlara qanunverici orqan tərəfindən, millət vəkilləri tərəfindən dəstəyə ehtiyac var. Baxırsan ki, cəmi bir neçə deputat bu işlərlə məşğuldur. Nə qədər vacib sənədlər var, 15 ildir ki Rəqabət Məcəlləsi biznesmen deputatlar tərəfindən rədd edilir.

Odur ki ən doğru variant elə növbədənkənar parlament seçkiləri ola bilərdi. Bu, ölkədə inkişafı xeyli sürətləndirə bilərdi, islahatlara ciddi təkan verə bilərdi.

Təəssüf ki, hələlik Ali hakimiyyət bu addımı atmaq istəmir. Amma baş verənlər, proseslər göstərir ki buna ciddi ehtiyac var(Yeni Sabah).

635x100

Şərhlər

Oxucu-ya 2019-09-20 21:03:30

Nə qədər ki, özünü əmələri ilə biabır etmiş YAP-çılar,YAP-ın yalan danışan Əli Əhmədovu,Məzahiri və bisavad Siyavuşu var dürüst seçkilər keçirilməsi hekyədir.Öncə özünü hörmətdən salan YAP qapadılmalı,sonra deputatlığa namizədlər müəyyənləşməl, yerlərdə görüşlər keçirilməlidir.Deputatlığa namizədlər isə müvafiq ərazilərin vətəndaşlarından irəli sürülməlidir ki. həm rayonun əhalisi onu tanısın və seçkidə səs vermək istəsinlər...

oxucu 2019-09-20 21:03:30

Biabırçılıqdır.Deputata bax bir. Vay-Vay biz hara gedirik ilahi.Hansını perpədirsən ifunət iylənir.Bunun xalqın dərdi səri ilə maraqlanmağa nə vaxtı,nə marağı nə də qabiliyyəti olar.Yazıq xalqa kimlər vəkillik edir.Milli məclisdə 5-6 deputatı çıxmaqla hamı bu gündədir.Əlbəttə ki belə olan halda növbədənkənar seçki lazımdır.Qoy xalq seçsin savadlı,ağıllı,demokratik cavan, insanları ki,xalq da bunlardan yararlansın.Yoxsa bunlar öz biznesini artırmaqla məşğuldurlar. nə ölüyə hay verirlər, nə diriyə pay.

Mikayıl 2019-09-20 21:03:30

Burada deputatın nə təqsiri var.O da digərləri kimi yeni ev,villa həvəskarıdır.Borc alıb,villa tikdirib.Bunu hər kəs edə bilər.QAldı borcu qaytarmaq məsələsi.o da adamın biznesi var.Yavaş-yavaş ödəyər də!Amma maraqlıdır ki. bu 300000 ABŞ dollarını borc verən qadın.BU qadın bu pulları necə qazana bilib ki, heyfslənmədən borca verib?Oğurluqdursa,oğrudan oğruya halaldır.AXı zəhmətlə,vergi ödəməlklə bu qədər artıq pulu qazanmaq mümkün deyil.Bax əsas məsələ elə budur.Ona görə də borcu qaytarılmır.n

MIRZE AG-a 2019-09-20 21:03:30

EHSEN SERHE EHTIYACI OLMAYAN SERH

Vətəndaş 2019-09-20 21:03:30

Burada vəsiqə,vəsiqə girovu əsas sayıla bilməz! Əvvəla 300 000 ABŞ dolları3 manat,300 manat deyil.Onu borc verənlərin kimliyi özü də müzakirə mövzusu olmalıdır.Haradandır bu qadınlara 300 000 ABŞ dolları? Ən maraqlısı isə odur ki, ölkədə bir-birinin ardınca YAP üzvlərinin eybəcər əməlləri mətbuata çıxarıır,amma nəticəsiz qalır.Elə Parlamentin spikerinin,bir sıra nazirlərin və bu kimi YAP-çıların yaramaz,qanunsuz əmələri aşkarlanır.Amma nə Daxili işlər nazirliyi,nə Respublika Prokurorluğu buna diqqət yetirir

vidadi goyce 2019-09-20 21:03:30

mrtamorfoza

m m teqaudcu muellim 2019-09-20 21:03:30

o vesiqenin uzerinde ojkemizin dovlet atributlari vardir belenkiler dara duwende olkemizi de satarlar

EJDER 2019-09-20 21:03:30

AYE,....LUKAWENKO CANI....MECLISI,HA HA HA .BUNLAR ANALOQU OLMAYAN INKIWAF ETMIW GORMEMIWLERDI,SAQ YEMESINLER

pensioner 2019-09-20 21:03:30

Təqsirkar "krışa"dır!

omer 2019-09-20 21:03:30

Ne dusmusunuz kisinin ustune?ele bil siziq komanda veribler..ogurluq etmeyib,rusvet almayib.borc alib,hansiki hamimiz ne vaxtsa borc aliriq..qaldiki vesiqeni girov qoymagina burdada qebahet hecne yoxdur..vesiqe ona aid senetdir.ozudeki men bele basa dusdumki hal hazirki zamana yox ,evvelki cagris deputad vesiqesidir..hec ne olmaz .el cekin kisiden.yalandan sisrtmeyin ..yazmali,sisirtmeli cox seyler var.ugurlar

Mirzə AĞ 2019-09-20 21:03:30

Bir halda ki, deputat mandatı satılır, o zaman nə üçün girov qoyulmasın?!

Bashirov Qarib 2019-09-20 21:03:30

Deputadların lap böyuklərinin Moskvadakı biabırçılıqlarına bu qədər reaksiya verilməmişdi,heç.

Son yazılar