“Ukraynadakı fəaliyyətimiz mənasızdır və yalnız Rusiyanı qıcıqlandırır” – Tramp

Dərc olunub: 21/09/2019 - 12:54

a876e0c455c9d67e80a155f28452f821ABŞ prezidenti Donald Tramp ABŞ-ın Ukraynadakı fəaliyyətini mənasız hesab edir və bunun Rusiyanı qıcıqlandırıdığını düşünür.

APA-nın xəbərinə görə, bu barədə “The Washington Post” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

Dəfələrlə bu məsələni ABŞ lideri ilə müzakirə etdiyini qeyd edən mənbə Trampın “Ukraynadakı fəaliyyətimiz mənasızdır və yalnız Rusiyanı qıcıqlandırır” söylədiyini deyib: “Prezidentin mövqeyi mahiyyətcə ondan ibarətdir ki, Rusiya bizim dostumuz olmalıdır, belə də ki, Ukraynaya kim əhəmiyyət verir?”

“The Washington Post”un məqaləsində Donald Trampın Ağ Evdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş üçün konkret vaxt təyin etməkdən imtina ediyi qeyd olunur, bununla belə, prezident Trampın köməkçilərinin bu görüşün baş tutmasını istədikləri vurğulanır.

Nəşr Trampın bu mövqeyini onun və vəkili Rudolf Culianinin ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden və oğlu ilə bağlı Ukraynada araşdırma aparılması tələbi ilə əlaqələndirir.








loading...


Fikrinizi bildirin