Universitetə 650 minlik avtomobillə gələn tələbənin kimliyi bəlli oldu - Foto [Yenilənib]

Bu gün Dövlət İqtisad Univeristetinin yaxınlığında görünən bu avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib.

Avropa.info xəbər verir ki, yaxınlıqda olan şəxslər maşının universitetin tələbələrindən birinə aid olduğunu bildiriblər.

"Lambarcini Gallardo" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu vurğulanır.

Sayt dəqiqləşdirib ki, maşın "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur. Onun həqiqətən də Dövlət İqtisad Unversitetinin tələbəsi olduğu bildirilir.

* * *

“Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm”.

Bunu bizimyol.info-ya açıqlamasında "Şərur" MTK-nın sədri, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib. O bildirib ki, internet saytlarında 650 min min dollarlıq "Lamborghini" avtomobilnini onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil.

Ancaq maraqlıdır ki, Allahverdi Axundov İnstaqram səhifəsində həmin maşının fotosunu paylaşaraq, "My new car, lambo#aventador" haştagından istifadə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar