“Ölkənin İndiki qeyri-müəyyən dövründə…” - Sarkisyan ermənilərə müraciət edib

Dərc olunub: 21/09/2019 - 15:24

serj-sarkisyanErmənistanın sabiq prezidenti Serj Sarkisyan müstəqillik günü münasibətilə ermənilərə müraciət edib. “AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında dərc edilən müraciətdə Paşinyan hakimiyyətinin ünvanına üstörtülü tənqidlər yer alıb.

Sarkisyan guya müstəqil olan Ermənistanın “qəhrəmanlıqlarından” danışandan sonra ölkədəki hazırkı vəziyyətin ürəkaçan olmadığına eyham vurub: “Ölkənin indiki qeyri-müəyyən dövründə müstəqillik ideyalarını möhkəm qorumaq lazımdır. O dövrdə ki, saxta dəyərlərin müxtəlif növ vaizləri(təbliğatçıları-red.) bizim qapımızı döyürlər.”

Sabiq prezident deyib ki, reallıq siyasi miflərin ən sərt, lakin ədalətli düşmənidir: “Başa düşmək lazımdır ki, müstəqillik uğrunda qazanılan qələbəni sual altına almaq, döyüşçülərin ruhunu sındırmağa cəhd etmək, cəmiyyət daxilində ayırıcı xətt çəkmək düşmən gülləsindən də təhlükəlidir.”

Sarkisyan bu dediklərilə Paşinyanın özündən əvvəlki hakimiyyətlərin fəaliyyətini təftiş etmək cəhdlərini, aprel döyüşlərilə bağlı komissiya yaratmasını, sabiq prezident Robert Koçaryanı həbsə atmasını, Sarkisyanın ailə üzvlərinə və özünə qarşı korrupsiya ittihamının irəli sürülməsini, eləcə də qondarma DQR rejimi ilə İrəvan arasında yaranan gərginliyi və s. nəzərdə tutur. Həmçinin, Paşinyanın Qərb dəyərlərinə daha çox üstünlük vermək, Rusiyadan asılılığı azaltmaq və digər bu kimi cəhdlərini də ziyanlı saydığına eyham vurur.








loading...


Fikrinizi bildirin