Goranboyun 6 kəndində qəza səbəbindən qaz kəsilib

Dərc olunub: 21/09/2019 - 18:15

0fd29bec-a330-4689-836b-03d4fce91414Goranboy rayonunda telekommunikasiya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 mm olan polietilen qaz xəttini qırıblar. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minə yaxın abonentinin qaz təchizatında fasilə yaranıb.








loading...


Fikrinizi bildirin