ABŞ-da gecə klubunda atışma – Ölənlər və yaralananlar var

Dərc olunub: 21/09/2019 - 19:17

a52c2269-7f5e-4c77-930b-8d1ae0bf8a27ABŞ-da gecə klubunda atışma olub.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Cənubi Karolina ştatının Lankaster dairəsində, “Old Skool Sports Bar & Grill” gecə klubunda qeydə alınıb. Silahlı insident zamanı 2 nəfər öldürülüb, daha 8 nəfər yaralanıb.

Telekanal bildirib ki, polis faktla bağlı təhqiqata başlayıb, hadisəni törədənlər axtarılır.








loading...


Fikrinizi bildirin