Göygöldə sərxoş sürücü avtomobili aşırıb

Dərc olunub: 21/09/2019 - 21:54

625d864df16bdf0Göygöldə yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İmanov Amil Telman idarə etdiyi “VAZ 2103″ markalı avtomaşınla hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb və yol kənarına aşıb. Nəticədə sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti hazırda orta-ağırdır.

Faktın təfərrüatları araşdırılır. Bildirilir ki, sürücü avtomobili idarə edərkən sərxoş olub.








loading...


Fikrinizi bildirin