“Qəbələ” “Səbail”lə heç-heçə edib

Dərc olunub: 21/09/2019 - 22:21

64041833-cea7-4db0-8972-54645cb2f39aFutbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.”Report” xəbər verir ki, günün ikinci matçında “Səbail” “Qəbələ”ni qəbul edib.
“ASCO Arena”da təşkil olunan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. “Qəbələ”nin heyətində Rövlan Muradov 17-ci dəqiqədə baxımlı qolla hesabı açıb. Meydan sahibləri isə 68-ci dəqiqədə tarazlığı bərpa edə bilib – Mirabdulla Abbasov fərqlənib.
Bu nəticədən sonra 4-cü xalını qazanan “Qəbələ” 7-ci yerdə qalıb. “Səbail” isə 10 xalla ikincidir.
Qeyd edək ki, günün digər matçında “Sumqayıt” evdə “Sabah”ı məğlub edib 1:0. Turun “Neftçi” – “Keşlə” qarşılaşması sentyabrın 22-də, “Zirə” – “Qarabağ” görüşü isə sentyabrın 23-də olacaq.








loading...


Fikrinizi bildirin