Bakıda yük maşını 10 yaşlı uşağı vurub

Dərc olunub: 21/09/2019 - 23:27

qeza-yol-nishaniBakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Binə qəsəbəsində 2009-cu il təvəllüdlü Canıyev Famil Rövşən oğlu yolu keçərkən onu “Qazel” markalı yük avtomobili vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və ona çanaq sümüyünün sınığı diaqnozu qoyulub. F.Canıyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasia şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin