Gəncədə qadını vurub öldürən sürücü hadisə yerindən qaçdı

Dərc olunub: 21/09/2019 - 23:51

qeza-yol-nishaniGəncə şəhərində yol qəzası baş verib.“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeyd alınıb.

Markası və sürücüsü məlum olmayan avtomobil yolu keçmək istəyən Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Hüseynova S. adlı qadını vurub. Ağır bədən xəsarətləri alan piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Sürücünün hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin