Bakıda avtomobil 18 yaşlı qızı vurub

Dərc olunub: 22/09/2019 - 00:26

qezaBakıda 18 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”Report” xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü Bəxtiyarova Həmidə Elçin qızı Təbriz küçəsində yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili yardım maşını vasitəsilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. H.Bəxtiyarovaya üzün çoxsaylı sıyrılmış və əzilmiş yarası diaqnozu qoyulub.
Fakla bağlı araşdırma aparılır.








loading...


Fikrinizi bildirin