“Barselona” uduzub, “Atletiko” qalib gələ bilməyib

Dərc olunub: 22/09/2019 - 09:38

255d868da13f3e0İspaniya La Liqasında V tur davam edir.

APA-nın məlumatına görə, tur çərçivəsində 4 oyun keçirilib.

Günün iki matçı qolsuz bitib. “Levante” “Eybar”la, “Atletiko” “Selta”yla heç-heçə edib.

“Vilyarreal” iki cavabsız qolla “Valyadolid”ə qalib gəlib. “Barselona” isə səfərdə “Qranada”ya uduzub.

Qeyd edək ki, tura sentyabrın 22-də yekun vurulacaq.

İspaniya La Liqası
V tur
21 sentyabr
“Levante” – “Eybar” – 0:0
“Vilyarreal” – “Valyadolid” – 2:0
Kazorla, 78 (pen.), Ontiveros, 89
“Atletiko” – “Selta” – 0:0
“Qranada” – “Barselona” – 2:0
Azez, 2, Vadilyo, 66 (pen.)








loading...


Fikrinizi bildirin