"O ADAMLAR HARINLAYIB, HƏDLƏRİNİ AŞIBLAR..." - Misir Mərdanov + VİDEO

"Heç bir biliyi, bacarığı olmayan adamı gətirib elə yerə qoyurlar ki..."

Sabiq nazirdən Siyavuş Novruzova cavab: " O fikri elə adam deməlidir ki, onun yalan danışmadığına heç olmasa 100 min adam inansın"

Keçmiş təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində maraqlı açıqlamalar verib.

Kult.az xəbər verir ki, aparıcı millət vəkili Siyavuş Novruzovun bir müddət əvvəl səsləndirdiyi ittihamı müəllifinin adını çəkmədən, “sosial şəbəkə”dən oxuyub:“Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il işləyib, digəri 15 il... Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir, hələ bəzi problemləri də elə siz keçmişdə nazir vəzifəsində çalışanlar yaradırsınız. Misir müəllim, niyə yaradırsınız?”

Misir Mərdanov 15 il nazir işləyən sözünün ona aid olduğunu zarafatla desə də, “problem yaradanlar” sözünü özünə şamil etməyib...

Misir Məranov vəzifədən necə çıxmasını da danışıb.

"AzPolitika.info" M.Mərdanovun bu və ya digər suallara cavablarının maraqlı olduğunu nəzərə alaraq, verilişin videosunu təqdim edirik:

Şərhlər

EJDER 2019-09-22 10:40:40

AYE, BU ANALOQU OLMAYAN HOKUMETIN BIR NEFER DE VICDANLI NAZIRI,MEMURU,DEPUTATI YOXDUR.GOPCULAR DESTESI,LUKAWENKO CANI...

Seda 2019-09-22 10:40:40

Misir Merdanov yeriniz görünür özüde necəəəəə

Ramiz 2019-09-22 10:40:40

Azərbaycan təhsilində rüşvəti leqallaşdlran adam indi millətə ağıl dərsi verir. Həm də keçmiş həmkarlarını da idtiham edərək. Özü də tez-tez atalar sözü işlədərək. Burada deyiblər, utanmasan oynamağa nə var ki...

Vetendaw 2019-09-22 10:40:40

O harinlamiwin biri de Azerpoct MMC nin indiki rehberi Emin Efendiyevdir. Min neferi iwden qovub dunya alem vecine deyil.

MİSİR MƏRDANOV: 2019-09-22 10:40:40

"...VAXTİYLƏ layiq olmadığı vəzifəyə təyin olunanlar-HARINLIYIB HƏDDİNİ AŞIBLAR! Ancaq ki, KİMSƏ VƏZİFƏDƏN ÖTRÜ OLMÜRSƏ, işdənçıxandan sonra... " SADƏ HƏQİQƏTLƏR - Misir Mərdanov - 20.09.2019

Son yazılar