Vəfa Quluzadə amerikalı həmsədrin şifrəli ifadəsinə aydınlıq gətirdi

Vefa Q“Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqların hazırkı vəziyyətilə bağlı indidən şərh vermək düzgün olmaz. Çünki ortada hələ real nəticə yoxdur”.

Bunu Modern.az saytına açıqlamasında sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Dağlıq Qarabağ konfliktinin həlli istiqamətində aparılan danışıqlar prosesini şərh edərkən deyib. Ekspert bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə gözlənilən görüşündən sonra danışıqlar raundunu dəyərləndirmək olar.

Vəfa Quluzadə ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Qarabağ danışıqları ilə bağlı səsləndirdiyi “yeni müstəviyə keçmək lazımdır” açıqlamasına da münasibət bildirib.

Analitik hesab edir ki, yeni müstəvi Azərbaycan və Ermənistanın Rusiyadan qorxmayaraq öz səyi ilə münaqişəni həll etməsindən ibarətdir. Sabiq dövlət müşaviri yeni fazanı gizli danışıqlar kimi xarakterizə edib.

“Yeni müstəvi budur və burda başqa bir şey yoxdur. Köhnə müstəvi isə heç bir nəticə verməyən danışıqlardır. Yeni müstəvi gizli danışıqlarla nəticə əldə etməkdən ibarətdir”.

Politoloq Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlar prosesinə cəlb edilməsi kimi iddialara belə cavab verib: “Ermənistan həqiqətən də məsələni həll etmək istəyirsə, Azərbaycanla razılığa gəlməlidir və separtçı rejimi danışıqlara cəlb etməyə cəhd göstərməməlidir”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Fransa tərəfinin təşəbbüsü ilə oktyabr ayında Parisdə görüşü gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar