“UNİVERSİTETLƏRİN GİRİŞ QAPILARINI GENİŞ AÇMALIYIQ...” - Ekspertlərdən parlamentə və hökumətə distant təhsil çağırışı

Şahlar Əsgərov: “Distant təhsil gənclərimizi, bu millətin övladlarını küçələrdən, bazarlardan auditoriyalara cəlb etməyə şərait yaradacaq”.

Məlahət Mürşüdlü: “Niyə bizim ölkənin vətəndaşları, gəncləri distant formada təhsil almaq hüququndan məhrum olmalıdır, anlamaq olmur?!”

Əliməmməd Nuriyev: “Ali məktəblərə yeni təhsil formalarından istifadə etmək müstəqilliyi verilməlidir”.

“Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”.

Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin - UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda səsləndirib.

“Təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun”

Professor Ədalət Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər.

Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər”.

Beləliklə, göründüyü kimi, UNEC rektoru Azərbaycan ali təhsili üçün inqilabi sayıla biləcək mütərəqqi bir dəyişikliyin həyata keçirilməsini təklif edir. Hansı ki, inkişaf etmiş ölkələrdə bu təhsil formalarından artıq xeyli müddətdir istifadə olunur...

Distant təhsilin xarakterik xüsusiyyətləri və əhəmiyyəti

Qeyd edək ki, UNEC rəhbərliyi tərəfindən distant təhsilin vacibliyi dəfələrlə gündəmə gətirilsə də, nədənsə bu istiqamətdə real addımlar ləngiyir. Elə ölkənin elm ictimaiyyəti tərəfindən də distant təhsilə qarşı gözlənilən reaksiyanın şahidi olmadıq. Bunun, əlbəttə, müxtəlif səbəbləri var. Bunlardan biri də, fikrimizcə bir çoxlarının hələ də distant təhsilin mahiyyətini başa düşməmələri, ona, əsasən, qiyabi təhsilin alternativi kimi yanaşmaları ilə bağlıdır.

Ancaq distant təhsilin mahiyyəti, reallaşdırılması mexanizmləri ilə tanış olduqda görürsən ki, bunu qiyabi təhsillə müqayisə etmək belə düzgün deyil. Hətta bir çox komponentlərinə görə ali təhsilin distant forması əyani formasından belə yüksək əhəmiyyətə malikdir. Mübaliğəsiz demək olar ki, yaxın gələcəkdə distant təhsil əyani ali təhsilin alternativi kimi çıxış edə bilər.

İlk növbədə, gəlin baxaq görək, distant təhsil nədir?

Distant təhsil, tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu fоrmasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

Distant təhsilin xarakterik xüsusiyyətlərinə həmçinin çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, təlimin xüsusiləşdirilmiş vasitə və texnologiyalarından istifadə və s. məsələlər aiddir.

 

Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal şəkildə inkişaf etdirir.

Qeyd olunanlardan göründüyü kimi təhsilin distant forması daha əhatəli, daha keyfiyyətli, müəllimlərdən daha məsuliyyətli, hazırlıqlı olmağı tələb edən, daha az xərclə daha çox şəxsə təhsil vermək imkanı saxlayan yeni istiqamətdir.

Ümumiyyətlə, distant təhsil formasının müsbət cəhətləri həddən artıq çoxdur. Həm ölkə vətəndaşları, ailələr, gənclər üçün, həm universitetlər üçün, həm də dövlət və bütövlükdə cəmiyyət üçün distant təhsil daha əlverişlidir.

Belə ki, övladları distant təhsili seçən ailələr əlavə bir çox xərclərdən (kirayə haqqı, nəqliyyat xərcləri və sair.) azad olur. Bu da maddi vəziyyəti aşağı olan ailələrin övladlarının daha az xərclə ali təhsil almasına imkan verir. Ailəsinə kömək üçün işləmək məcburiyyətində olan bir çox gənclərimiz də distant təhsil vasitsilə ali təhsil əldə edə bilirlər.

Eyni zamanda sirr deyil ki, bəzi bölgələrimizdə hələ də qız uşaqlarını təkbaşına paytaxta və ya başqa bir şəhərə təhsil almaq üçün göndərmirlər. Distant təhsil forması yüzlərlə belə qızımıza ali təhsil imkanı yaradır.

Əlilliyi, müxtəlif xəstəlikləri olan gənclərimiz, vətəndaşlarımız üçün də distant təhsil forması əvəzedilməzdir.

Distant təhsil müxtəlif səbəblərdən xarici ölkələrə (xüsusən Rusiya və Türkiyəyə) müvəqqəti mühacirət etmiş vətəndaşların da övladlarının Azərbaycanda təhsil almasına şərait yaradır.

Distant təhsilin tətbiqi, təbii ki, dövlətimiz və cəmiyyətimiz üçün də xeyirlidir. Maddi xeyir bir yana qalsın. Sadəcə ölkədə gənclərin böyük hissəsininn ali təhsilə cəlb oluna bilməsi, savadlı bir cəmiyyətin formalaşması, Azərbaycan universitetlərində oxuyan əcnəbi tələbələrin sayının ilbəil artması imkanının yaranmasının dövlətimiz üçün nə qədər əhəmiyyətli olduğunu xüsusu şərh etməyə, yəqin ki, ehtiyac yoxdur.

14 nəfərlik inzibati heyətlə il ərzində 20 mindən artıq tələbəyə ali təhsil vermək imkanı

Distant təhsil universitetlərin öz tələbə kontingentini artırmağa, çox az xərclə daha çox tələbəyə ali təhsil imkanı verməyə, xarici ölkələrdən çoxlu sayda tələbə cəlb etməyə imkan verir. Bu universitetlərin maddi vəziyyətinin düzəlməsinə, öz müəllimlərinin əmək haqqını əhəmiyyətli dərəcədə artırmasına şərait yaradır. Həmçinin, distant təhsil başqa ölkələrdə çalışan tanınmış elm adamlarını Azərbaycana gəlmədən yerli universitetlərlə əməkdaşlığa cəlb etməyi, onların bizim gənclərimizə də dərs deməsini də mümkün edir.

Əlbəttə, distant təhsil üçün universitetlərdə müvafiq infrastrukturun olması vacibdir. Belə infrastruktura malik olan universitetlərimiz isə var. Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də bunun üçün hər bir şərait yaradılıb.

“UNEC Extern” Mərkəzində distant təhsil üçün hətta Qərbin ən reytinqli universitetlərindən belə daha MÜKƏMMƏL infrastruktur yaradılıb. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən, dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlanan “UNEC Ekstern”in üstünlükləri sırasına onlayn dərsə istənilən yerdən qoşulmaq, tələbələrin mövzunu daha dərindən mənimsəmək üçün müəllimə sual vermək, müzakirələrdə iştirak etmək, dərslərin video bazasına istənilən vaxt və istənilən yerdən yenidən baxmaq imkanları daxildir. Burada elə bir şərait yaradılıb ki, müəllim və tələbə ayrı-ayrı məkanlarda olmasını belə hiss etmir.

“UNEC Extern”də 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı mövcuddur. Studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor, HD kamera və səs avadanlıqları quraşdırılıb. Bir tədris studiyasında eyni anda 500-ə qədər, gün ərzində isə 18-20 min tələbəyə təhsil vermək mümkündür(şəkillər aşağıda verilib).

Mərkəzin fəaliyyəti ilə bağlı ayrı bir reportaj hazırlayacağıq. Sadəcə qeyd edək ki, “UNEC Extern” Mərkəzində cəmi 14 nəfərlik inzibati heyətlə il ərzində 20 mindən artıq tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür. Halbuki bu qədər tələbəyə əyani və qiyabi formada təhsil vermək üçün ən azı 1200-1300 inzibati heyətə (müəllimdən əlavə) ehtiyac var.

Bu isə o deməkdir ki, tədris studiyalarının və inzibati heyətin sayını bir qədər artırmaqla il ərzində 50 min, 60 min, hətta 100 min tələbəyə distant formada yüksək keyfiyyətli təhsil vermək mümkündür.

Ancaq təəssüf ki, Azərbaycanda bu qədər üstünlüklərə malik təhsil formasından istifadə olunmur. Distant təhsil “Təhsil haqqında” Qanunda təhsilin bir forması kimi təsbit edilsə də, universitetlərin bundan istifadə edə bilməsi üçün müvafiq mexanizmlər hazırlanıb, qəbul edilməyib. Bu prosesin gecikməsi isə həm on minlərlə gənci təhsil almaq hüququndan məhrum edir, həm də universitetlərimizin xaricdən minlərlə tələbə cəlb etmək imkanını...

Təhsil üzrə ekspertlər, tanınmış ictimai xadimlər də ölkədə distant təhsilin vaxt itirmədən tətbiq olunmasının vacib olduğunu düşünürlər.

“Distant təhsil, əslində, sosial ixtiradır...”

Milli Məclisin Elm və təhsil komitəsinin sabiq sədri, təhsil üzrə tanınmış ekspert, professor Şahlar Əsgərov “AzPolitika.info”ya açıqlamasında Azərbaycanda distant təhsilin tətbiqini çox vacib hesab etdiyini, bu ideyanın reallaşdılması üçün hər cür şəraitin mövcud olduğunu bildirdi: “Artıq Azərbaycanda distant təhsil formasının tətbiqi üçün kifayət qədər baza yaranıb. Yadımdadır, 10-15 il bundan qabaq Azərbaycan məktəblərində 1030 şagirdə bir kompüter düşürdü. İndi hardasa 20-30 şagirdə 1 kompüter düşür. Ölkədə kompüteri olmayan, internetdən istifadə etməyən çox az ailə tapılar. Bu onu göstərir ki, biz informasiya-kommunikasiya texnologiyasından kifayət qədər də yaxşı istifadə edirik.

Düzdür, mən internetin Estoniyadaki kimi ya pulsuz, ya da çox ucuz olmasını arzu edərdim. Belə olsa internet daha kütləvi yayılardı. Ancaq biz bu gün də internetdən ali təhsil bilikləri əldə etmək üçün istifadə edə bilərik. Bunun üçün Azərbaycan Dövlət İqtisad Universitetində - UNEC-də nümunəvi şərait yaradılıb. UNEC rektoru professor Ədalət Muradov Azərbaycanda distant təhsilin tətbiqi üçün böyük və uğurlu işlər görüb. Düzdür, əvvəllər də müxtəlif ziyalılarımız, müəllimlərimiz tərəfindən Azərbaycanda distant təhsildən istifadə edilməsinə çağırışlar olub. Hətta bu məqsədlə qrantlar da alınıb. Amma bunlar epizodik xarakter daşıyıb, real iş görülməyib. Hörmətli Ədalət müəllim isə UNEC-də distant təhsili ən yüksək səviyyədə həyata keçirmək üçün nə lazımdırsa edib. Ona görə də bu məsələni haqlı olaraq gündəmə gətirir. Təbii ki, mən bunu alqışlayıram. Çox böyük işdir”.

Şahlar Əsgərov hazırda distant təhsilin Azərbaycan üçün çox böyük əhəmiyyətinin olduğunu vurğuladı: “Distant təhsil tətbiq olunarsa, nəinki Azərbaycan gəncləri, hətta xarici ölkələrin gəncləri də bizim universitetlərin tələbəsi ola bilər. Nə qədər gözəl olar... Bu, mən sizə deyim ki, əslində, sosial ixtiradır. Yəni, öz ölkəndə ola-ola başqa bir ölkənin ali məktəbində oxumaq. Bunun üçün, əlbəttə, şərait lazımdır, güclü baza lazımdır. İqtisad Universiteti bu bazanı yaradıb və səhv eləmirəmsə, 10 minlərlə gəncə distant təhsil verməyə hazırdır.

“Küçələrdən, bazarlardan gənclərimizi yığışdırmalı, onları auditoriyalara cəlb etməliyik”

İndi qayıdaq əsas məsələyə, yəni distant təhsilin özümüzə olan əhəmiyyətinə. Siz bilmirəm nə dərəcədə məlumatlısınız, Azərbaycanda orta məktəbi qurtaran, attestat alan 100 gəncin təxminən 17-18-i ali məktəbə daxil olur, 80-i küçələrdə qalır. Hər halda son 2-3 ilə qədər belə idi, indi də ciddi dəyişikliyin olduğunu zənn etmirəm.

Əgər bir millətiksə, başa düşməliyik ki, bu küçədə qalan uşaqlar, bizim gənclər, bizim övladımızdır. Bunların qayğısını kim çəkməlidir? Biz çəkməliyik, yoxsa başqa millətin insanları? Əlbəttə, biz çəkməliyik. Niyə bunları biz oxutmayaq? Niyə Koreyada hər 100 gəncin 95-i ali məktəblərdə oxuyur, Azərbaycanda hər 100 gəncin 17-18-si? Küçələrdən, bazarlardan gənclərimizi yığışdırmalı, onları auditoriyalara cəlb etməliyik. Onlara şərait yaratmalıyıq, onlara qucaq açmalıyıq, onlara ali məktəblərin tələbəsi olmaq imkanı verməliyik. Distant təhsil məhz buna şərait yaradacaq.

Mənim bir məşhur kəlamımı yəqin, siz də eşitmiş olarsınız : “Ali məktəblərin, universitetlərini giriş qapılarını geniş açmalı, çıxış qapılarını daraltmalıyıq”. Təəssüf ki, biz də tərsinə edirik. Giriş qapısında möhkəm nəzarət edirik, çıxış qapısını başlı-başına buraxmışıq. Ona görə ölkə dövlət diplomuyla sənətini bilməyən müəllim, həkim, mühəndislə doludur. Halbuki, hansı imtahanı ki biz girişdə edirik, onu çıxışda etməliyik. Dövlət diplomu əldə etməyə olan tələbləri biz artırmalıyıq. Ancaq tamamilə tərsinə iş görürük. Bu səbəbdəndir ki, bizim sənət öyrədən məktəbləri Cənubi Koreyadan gəlib tikirlər. Hansı ki, 20-30 il bundan qabaq Cənubi Koreyada orta məktəbi ağac gövdəsinin üstündə keçirdilər.

Biz isə gözəl orta məktəblər tikirik, ancaq gənclərimizin əksəriyyətinin təhsilini davam etdirməsinin qayğısına qalmırıq. Buna görə, bu istiqamətdə göstərilən səyləri alqışlamaq lazımdır. Bütün ictimaiyyət, mətbuat da buna dəstək verməlidir. Bu bizim gənclərin, millətin ümumi savadsızlığını azaltmağa xidmət edəcək. Sağ olsun, Ədalət müəllim ki, bu istiqamətdə çox səy göstərir. Eləcə də, bu işə dəstək verən digər insanlara, orqanlara da minnətdarlıq eləmək lazımdır. Millətin savadlanmasına xidmət edən hər ideyanı dəstəkləməliyik”.

“Bu, təhsilin müasir bir formasıdır, vaxt itirmədən tətbiq etmək lazımdır”

Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə tanınmış ekspert Məlahət Mürşüdlü də distant təhsilin tətbiqinin vacib olduğu görüşündədir: “Bizim “Təhsil haqqında” Qanunda da təhsilin distant formasının həyata keçirilməsi var. Artıq Azərbaycan Universitetlərində distant təhsilə imkan verilməsinin vaxtı çatıb. Hətta mən deyərdim ki, bu sahədə biz qonşu ölkələrin universitetlərindən geri qalırıq. Düşünürəm ki, maddi-texniki bazası imkan verən universitetlərə artıq vaxt itirmədən distant təhsil tədbiq etməyə imkan verilməlidir.

Elə UNEC-in özündə distant təhsil üçün çox zəngin maddi-texniki baza, müasir tələblərə cavab verən ayrıca mərkəz, təhsil studiyaları, savadlı müəllim heyəti mövcuddur. Bütün bunlar imkan verir ki, Azərbaycanda ilk olaraq UNEC-də bu təhsil formasından istifadə edilsin. Düşünürəm ki, Təhsil Nazirliyi bu istiqamətdə hərəkətə keçməli, distant təhsil tətbiqi üçün müvafiq mexanizmlər hazırlanaraq qəbul edilməlidir”.

M. Mürşüdlü də distant təhsilin tətbiqinin çoxlu sayda üstünlüklərinin olduğunu vurğuladı: “Bu, təhsilin müasir bir formasıdır. Həm ölkə daxilində işləyən gənclərə, maddi vəziyyəti aşağı olan ailələrə ali təhsil almaq imkanının yaradılması, həm də xarici tələbələrin bizim universitetlərə cəlb edilməsi baxımından distant təhsil böyük əhəmiyyət daşıyır. Eyni zamanda universitetlərin maddi vəziyyətini yaxşılaşdıracaq, xeyir gətirəcək bir təhsil formasıdır.

Ümumiyyətlə, müasir dövrdə distant təhsil formasından istifadə etmək bizim gənclərimizin də haqqıdır, hüququdur. Bu hüququ onlara vermək lazımdır. Paytaxtdan uzaqda yaşayan, şəhərə gəlib yaşaya bilməyən gənclərimizin də təhsil almasına şərait yaradılmalıdır. Niyə bizim ölkənin vətəndaşları, gəncləri distant formada təhsil almaq hüququndan məhrum olmalıdır, anlamaq olmur?!”.

M. Mürşüdlünün sözlərinə görə, distant təhsil həm ali təhsil alan gənclərin sayını artıracaq, həm də ali təhsilin keyfiyyətini: “Bu, təhsilin yeni bir forması olaraq keyfiyyətin artmasına şərait yaradacaq. Bunun üçün universitetlərdə həm maddi-texniki baza, həm də peşəkar professor-müəllim heyəti yaradılmalıdır. Bu baxımdan UNEC-in distant təhsil üçün tam hazır olduğu qənaətindəyəm. UNEC-də hər bir şərait var”.

Təhsil üzrə ekspert yaxın vaxtlarda qəbul edilməsi gözlənilən “Ali təhsil haqqında” qanunda distant təhsilə “yaşıl işıq” yandırılacağına əmindir: “Düşünürəm ki, “Ali təhsil haqqında” qanunda da bu, əksini tapacaq. İctimaiyyətin gözləntilərinin nəzərə alınacağına əminəm. Azərbaycan gənclərinə də, nəhayət ki, distant təhsil almaları üçün şərait yaradılacaq”.

“Distant təhsil daha keyfiyyətli təhsil üçün yeni imkanlar yaradır”

Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də distant təhsilin Azərbaycanda hələ tətbiq edilməməsinin doğru olmadığını bildirir: “Bilirsiniz ki, təhsilin müxtəlif formaları var. Onlardan biri də distant təhsil formasıdır. Təəssüf ki, Azərbaycanda distant təhsil formaları indiyə qədər tətbiq olunmur. Halbuki, distant təhsil həm də fasiləsiz təhsilin alətlərindən biridir. Həm bu baxımdan və həm də ümumiyyətlə nəzərə alsaq ki, Azərbaycanda bütünlükdə ali təhsil alan şəxslərin sayı Cənubi Qafqazda ən azdır, distant təhsilin bir an öncə tətbiqinə başlamaq lazımdır...

Bir çox insanımızın hər gün gəlib dərsdə oturmaqla təhsil almağa imkanı yoxdur. Distant təhsil belə insanlara da ali təhsil əldə etmək imkanı verir. Burada əsas məsələ distant təhsili yaxşı təşkil etməkdir. Əgər proses yaxşı təşkil olunarsa, tələbələrin ya virtual, ya da auditoriyalarda birbaşa təhsil almasının heç bir fərqi yoxdur. Distant təhsildə də tələbə müəllimlə bilavasitə ünsiyyətə görə, suallarını verə bilir. Hətta, bu zaman əlavə olaraq sualları müəllimə yazılı göndərmək də mümkündür. Məqsəd peşəkar kadr yetişdirmək, təhsil verməkdirsə, tələbənin auditoriyada birbaşa oturmasının və ya virtual olaraq auditoriyaya qoşulmasının heç bir əhəmiyyəti olmamalıdır. Çünki bunlar arasında elə ciddi fərq də yoxdur. Bu baxımdan hesab edirəm ki, müasir təhsilin formaları Azərbaycana da gətirilməlidir, tətbiq olunmalıdır”.

Ə. Nuriyevin sözlərinə görə, distant təhsil üçün hazır olan ali məktəblər də var: “UNECdə çox yaxşı bir imkan yaradılmışdır, bütün infrastruktur qurulmuşdur. Ona görə də, mən hörmətli Ədalət müəllimin fikirlərini tam bölüşürəm. Artıq bu təhsil Azərbaycan təhsil sisteminin ayrılmaz hissəsi olmalıdır. Biz dünyada olan trendlərlə ayaqlaşmalıyıq. Nəzərə almalıyıq ki, informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə təhsilin müxtəlif formalarının tətbiqi həm də ölkənin bilik-elm potensialının güclənməsinə gətirib çıxara bilər. Bu gün artıq hansı ölkənin böyük olub olmaması məsələsi ciddi önəm daşımır, əsas məsələ təhsilin, elmin hansı səviyyədə olması, bilikli cəmiyyətin formalaşmasıdır. Ölkənin inkişaf baxımından da bilikli, təhsilli insanların sayının artması önəmlidir”.

Ə. Nuriyev qeyd etdi ki, distant təhsilin tətbiqi həm xaricdən Azərbaycan universitetlərinə tələbə axınına səbəb olar, həm də təhsilin keyfiyyətini daha da yüksəltmək imkanı verər: “Distant təhsil universitetlərimizə yalnız xaricdən tələbələri deyil, həm də alimləri cəlb etmək imkanı verir. Dünyanın bir çox tanınmış alimləri Azərbaycana gəlmədən də universitetlərdə distant yolla mülahizələr deyə bilər. Bu baxımdan daha keyfiyyətli təhsil üçün yeni imkanlar yaranır. Bu imkanları reallaşdırmaq üçün hesab edirəm ki, qanunvericilikdə müvafiq dəyişikliklər edilməli, distant təhsilin təşkili mexanizmləri yaradılmalıdır. Bununla bağlı əmək qanunvericiliyində də müvafiq məsələlər öz əksini tapmalıdır ki, hər hansı bir problem yaranmasın. Tezliklə bu istiqamətdə hökumətin, parlamentin müvafiq qərarlarlarının qəbul edilməsinə ehtiyac var”.

“Mütərəqqi təhsil formalarına sürətli keçid baş verməlidir”

Ekspert bir çox məsələlərlə bağlı universitetlərə müstəqilliyin verilməsinin tərəfdarıdır: “Ali məktəblərə yeni təhsil formalarından istifadə etmək müstəqilliyi verilməlidir. Universitetlər gözləməməlidirlər ki, nə vaxtsa qanunvericilikdə dəyişikliklər baş verəcək, ondan sonra hansısa addımları atacaqlar. Mütərəqqi təhsil formalarına sürətli keçid baş verməlidir. Ümumiyyətlə, universitetdə akademik təhsilin təşkiliylə bağlı müstəqillik çox vacib bir məsələdir. Çox təəssüf ki bu günlərdə Azərbaycan universitetlərində müstəqillik çatışmır. Nə akademik müstəqillik, nə də maliyyə müstəqilliyi təmin olunur. Bunu hələ də görə bilmirik. Mərkəzləşmədən qaçmaq lazımdır. Universitetin hər biri müstəqil təhsil mərkəzinə çevrilməlidir. İnzibati qaydada, bir mərkəzdən onların fəaliyyətini tənzimləməyə ehtiyac yoxdur”.

Ə. Nuriyevin sözlərinə görə, informasiya kommunikasiya texnologiyalarının imkanlarından yararlanaraq, təhsilin müxtəlif formalarının tətbiqi ölkədə ali təhsilin kütləviləşməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə də şərait yaradar:“Odur ki, mən UNEC rektoru, professor Ədalət Muradovun bu istiqamətdə təkliflərini dəstəkləyir və distant təhsilin tətbiqini vacib hesab edirəm. Ümid edirəm ki, müvafiq dövlət strukturları və təhsil ictimaiyyəti də bu ideyanın gerçəkləşməsinə lazımi dəstəyini nümayiş etdirəcəklər”.

İsmayıl İsmayılbəyli

AzPolitika.info

Qeyd: " UNEC Extern"də distant formada “Tyutor hazırlığı” üzrə sertifikat proqramı keçirilib. Bundan əlavə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatcılığı Vergilər Nazirliyinin və UNEC-in dəstəyi ilə sahibkarlar üçün, "Paşa holding"in isə əməkdaları üçün distant formada təlimlər keçirilib. Həmin təlimlərdən çəkilmiş fotoları təqdi edirik: 

 

Şərhlər

Müdür 2019-09-23 23:35:49

Söhbət yalnız Azərbaycan universitetlərinin distans təhsilindən gedir? Yoxsa Rusiya və Avropa uni-lər də bu söbət mövzusudur? Zənnimcə,distans təhsilin əleyhdarları uni-lər özləri və onların "yuxarıdakı" himayədarlarıdır. Bir var əyani təsil üçün ildə 2-3 min alasan, bir də var distans təhsil üçün 500-600 manat vəya xarici uni üçün 500-600 dollar ! Bu əsnada xarici uni-lərin diplomunu tanımaq məsələsi çıxr. Burada da qətiyyətli "OLMAZ" səsi eşidilir. Tələbələr özləri də bu məsələdə aktiv deyil. Rus, ingilis və s/alman dillərini biməyən tələbə distans təhsilini necə alacaq? Bu nəzərdən UNEC-in təşəbbüsü təqdirəlayiqdir.

Adil 2019-09-23 23:35:49

Doğurdan da distant təhsil valideynlər və gənclər üçün çox əhəmiyyətlidir. Niyə bu təhsildən biz yararlanmırıq?

MÜHƏNDİS 2019-09-23 23:35:49

ixtisaslarda və sayda aparılmır? Əgər belə edildsə,yəni qəbul planı ölkə tələbatına uyğun aparılsa gənclərin bacarıqlı və bilikli hissəsi universitetlərə qəbul oluna və mükəmməl təhsil ala biərlər.Çünki heç bir valideyin istəməz ki, evladı universitet diplomu ilə işsiz qalsın , alver etsin və ya xaricə iş üçün üz tutsun.Ona görə ölkənin təhsil sisteminə yenidən baxılmalı,ölkəyə tələb olunan səviyyədə,lazımi ixtisaslar üzrə lazımi sayda mütıxssislər yetişsin.

Mühəndis 2019-09-23 23:35:49

ardı...tədrisin keyfiyyətinə ciddi yanaşılmalıdır.yALNIZ BU HALDA UNVERSİTETLƏRƏ LAYİQLİ ABUTURİYENTLƏRİN QIBULU MÜMKÜNDÜR.150-200 balla universitetlərə qəbul tamamilə yanlışdı...Əgər 700 bal köhnə "5" qiyməti qəbul etsək (700;5=140 bal") 150-200 bal toplayan abuturiyentin biliyinin 1 və ya 2-yə yaxın olduğu halda onu universitetə qəbulun məqsədinin yanlış olduğu üzə çıxar.Bİr də ki, nə üçün qəbul planları ölkə tləbatına

Mühəndisj 2019-09-23 23:35:49

Hamıya gözəl məlumdur ki,Sovet təhsil sistemi insanlarda təhsilə münasibətdə indikindən qat-qat faydalı idi.O sistemi ləğv edib,yerinə əsaslandırılması mümkün olmayan qaydaları tətbiq etmək gənclərin təhsilinə böyük zərbə vurub.Ona görə hər şeydən əvvəl orta məktəblərdə təhsilə mövcud münasibəti yaxşılığa doğru dəyişmək,yaş senzinə uyğun dərs proqramları işlənilməli, məktəblərdə dərs keyfiyyətlərinə ciddi yanaşmaqla repititorluğu ləöv etmək,dərsliklərə yenidən baxmaq məcburidir.Çünki,təhsil orta məktəbdən

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.