AVSTRİYA ELMAN RÜSTƏMOVUN VYANAYA GÖNDƏRİLMƏSİNİ TƏLƏB EDİB- Dindirilmək üçün...

"Avstriyanın xarici işlər naziri Sebastyan Kurtsun Azrbaycana qalmaqallı səfərindən sonra iqtidar düşərgəsində narahatlıq yaranıb. Qeyd edək ki, Kurts Bakıda olarkən ölkəmizdə insan haqlarının vəziyyətilə ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarovla gərgin müzakirələr aparıb....

Lakin iqtidarı narahat edən təkcə bu məsələ deyil. Avstriyanın xarici işlər naziri Elmar Məmmədyarovla Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun Vyanada keçirilən “rüşvət məhkəməsi”ndə dindirilməsi məsələsini ciddi müzakirə edib". Bu barədə "Azadlıq" qəzeti məlumat yayıb.

Qeyd edək ki, Avstriya Mərkəzi Bankının “Oesterreichische Banknoten-und Sicherheitsdruck GmbH” (OeBS) adlı törəmə şirkətinin Azərbaycan və Suriya üçün pul əskinaslarının çapına dair bu ölkələrdə müqavilələr bağlamaq üçün həmin dövlətlərin mərkəzi bank rəhbərlərinə rüşvət verilməsi ilə bağlı cinayət işi üzrə Vyanada məhkəmə prosesi gedir.

Bu cinayət işində Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Rüstəmovun da adı keçir.

Məhkəmə prosesində Elman Rüstəmovun da dindirilməsi gündəmə gəlib. Avqustun 5-də keçirilən prosesdə baş bankirin videokonfrans vasitəsilə dindirilməsi nəzərdə tutulmuşdu. Lakin bu baş tutmadı. Bundan sonra məsələ ilə bağlı Azərbaycan Xarici Işlər Nazirliyinə müraciət olunacağı da bəyan edildi.

"Azadlıq" qəzeti məlumatına görə, Kurts-Məmmədyarov müzakirələri zamanı Elman Rüstəmovun məhkəmədə dindirilməsinin zəruri olduğu Azərbaycanın xarici işlər nazirinin diqqətinə çatdırılıb.Məlumatda həmçinin bildirilir ki, Elman Rüstəmovun adı konkret cinayət işində hallanır. Özü də o, məhkəmə ifadələrində cinayətin subyektlərindən biri kimi xarakterizə olunur. Bu isə o deməkdir ki, Elman Rüstəmov məhkəmədə ifadə verməklə məsuliyyətdən yaxa qurtara bilməyəcək. Baş bankir də işə təqsirləndirilən şəxs qismində cəlb oluna bilər. Əgər Vyana məhkəməsi hələ də Elman Rüstəmovun məhkəmədə dindirilməsində israrlıdırsa, bunun baş tutması üçün bütün lazımi addımların atılacağı şübhə doğurmur.

Xatırladaq ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri – Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.

Bu cinayət işilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunur. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, eləcə də pul əskinaslarının çapına məsul şöbənin rəhbəri Maykl Vulf, Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var.

Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. İstisna deyil ki, Vyana prosesində müttəhimlərin adını çəkməkdən qorxduqları şəxs də məhz baş bankirin müşaviridir. Qalmaqallı korrupsiya sövdələşməsi həyata keçirilən zaman A.Məlik-Aslanov Elman Rüstəmovun müavini olub və birbaşa yeni manat çapına cavabdehlik daşıyıb. O, yeni pulların sifarişinə, daşınmasına və qəbuluna da birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat küpürləri Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL” tərəfindən ölkəyə daşınıb. Dövriyyəyə buraxılacaq yeni manatlar xüsusi paddonlarda olub.

Avstriya qaynaqlarının verdiyi xəbərə görə, məhkəmə prosesində OeBS şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib.

R.Tanasesku OeBS şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.

“Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb” - deyə qadın bildirib.

Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, “Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar “Stefanplatz” firmasının sellofan “meşoklarına” doldurlub və Bakıya yola salınıb.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar