Aztəminatlılara xaricdəki qohumlardan dəstək

Azərbaycanın tədiyə balansına əsasən, yanvar-iyunda ölkəyə xaricdə yaşayan fiziki şəxslərdən $1,7 mlrd vəsait daxil olub.

AMB-nin məlumatına əsasən, bu, xarici ölkələrlə əlavə gəlirlərə dair əməliyyatların ümumi dəyərinin 92,7%-dir. Başqa əməliyyatlar $ 100 mln və ya 7,3%, o cümlədən idxal edilən humanitar malların qiyməti 3,7%, başqa mədaxillər 3,6% olub.

İqtisadi Tədqiqatlar Mərkəzinə görə, xaricdən bir ildə $3,5 – 4 mlrd pul köçürmələri olur. Bu, aztəminatlılara xaricdəki qohumlardan dəstəyin göstəricisidir. Bunun yarıya qədəri Rusiyanın payına düşür.  /"Turan"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar