Masallı şəhərinin baş planı 3 ilə köhnəlib

«Baş dövlət layihə» və «Azərmemarlıq layihə» layihə institutları Masallı şəhərinin yeni baş planının işlənib hazırlanmasına başlayıb. Şəhərin hazırkı baş planı 3 il əvvəl təsdiqlənib.

Ölkənin cənubunda, Bakıdan 232 km aralıda yerləşən Masallı şəhəri sürətlə inkişaf edən regionlardandır. Sənayenin əsas sahəsi mebel istehsalıdır. 2011-ci ildə hökumət 2007-ci ildə 20 il müddətinə hazırlanan şəhərin əsas şəhər salma sənədini təsdiqləyib.

Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin (DŞMK) məlumatına görə, 2027-ci ilə qədər Masallı şəhərinin ərazisini 848 hektardan 1400 hektara qədər genişləndirilməsi planlaşdırılırdı, əhalinin isə 22,3 min nəfərdən 40 min nəfərə qədər artacağı ehtimal edilir. Bu halda şəhərin mənzil fondu üç dəfədən də çox artaraq 720 min kvadrat metrə çatacaq.

DŞMK yeni baş plana belə tələsik ehtiyacın yaranmasını şərh etməyiblər. Yeni baş planın işlənib hazırlanması üçün 2014-cü il dövlət büdcəsindən 118 min manat ayırılıb.

Hazırda 28 şəhərin baş planı mövcuddur, 9 şəhərin şəhərsalma planı işlənmə mərhələsindədir

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar