ŞƏHİDİMİZ TORPAĞA TAPŞIRILDI - FOTOLAR + VİDEO

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurularaq şəhid edilən  Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu dəfn olunub.

Şəhid hərbi qulluqçunun nəşi rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılıb.

Bu gün əsgərimizin nəşi neytral ərazidən götürülüb.

***

Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurularaq şəhid edilən Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşi Azərbaycana qaytarılıb. "Report"un Şimal bürosunun verdiyi məlumata görə, şəhidimizn cənazəsi doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən evinə gətirilib.

Vida mərasimindən sonra hərbi qulluqçu rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub. Sentyabrın 23-də isə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşini təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.

[gallery size="full" ids="554024,554025,554026,554027,554028,554029"]

635x100

Şərhlər

Elli 2019-09-24 14:57:43

Allah rəhmət eləsin!

Son yazılar