VURĞUN ƏYYUB DƏFN EDİLDİ - FOTOLAR + VİDEO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri, Azərbaycan Demokratiya və Rifah ADR Hərəkatı sədrinin 1-ci müavini, dosent Vurğun Əyyub dəfn edilib.V.Əyyub Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 1957-ci il təvəllüdlü Vurğun Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib. Mərhum onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Vurğun Əyyub öz vəsiyyətinə uyğun olaraq Ruhani sədaları altında torpağa tapşırılıb.

  • Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla vida mərasimi yaşadığı mənzildə keçirilir.

    Mərasimdə V.Əyyubun ailə üzvləri, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, partiyanın hazırkı başqanı Arif Hacılı, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, onun müavini Seymur Həzi, V.Əyyubun rəhbərliyində təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah Hərakatının üzvləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edir.

    Vida mərasimindən sonra mərhum torpağa dəfn olunması üçün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığına aparılacaq.

    Mərasimdə hərəkat yoldaşları musavat.com-a onunla bağlı xatirələrini danışdılar

    Sabiq təhsil naziri Firudin Cəlilov: "Dəyərli bir ziyalını itirdik. Ona testin vurğunu deyirdik. Onun ölümü mənəvi deyil, cismani ölümdür. Tanrı onun ruhunu şad eləsin. Hər kəs ona öz haqqını halal etsin. Şəxsən mən halal edirəm".

    Xalq şairi Sabir Rüstəmxanlı: "O dünyadan çox rahat getdi. Sosial mediada ona olan əsl sevgini gördük. Bunun özü insanın həyatda qazandığı ən böyük xalq sevgisidir. Xalq hərəkatında olanların hər birinə qohum kimi baxıram. Vurğun bəy o insanlardan biridir. O Azərbaycanda gənclərimiz üçün test üsulunun irəliyə getməsində böyük xidmətləri olan şəxsdir. Onun adı daim qəlblərimizdə yaşayacaq".

    Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: "Vurğun bəy xalq hərəkatının öncüllərindən biri idi. Hərəkatın inkişafında böyük rolu olub. O, bir il vəzifədə oldu və bu müddətdə inqilaba bərabər işlər gördü. Təhsildə ilk dəfə rüşvətin qarşısını aldı. Cəmiyyətdə hər zaman xatırlanacağına əminəm. Xəstəlikdən əziyyət çəkdi. Allahın qismətidir. Onu hər zaman hörmətlə cəmiyyət xatırlayacaq. Buna əminəm".

    Sabiq baş prokuror, Ədalət partiyasının sədri İlyas Ismayılov: "Onun həyatdan vaxtsız getməsinə çox təəssüflənirəm".

    Qeyd edək ki, V.Əyyub bu gün günorta saatlarında dünyasını dəyişib.

    Xatırladaq ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1992-1993-cü illərdə Vurğun Əyyub keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib. Bir neçə il əvvəl partiyadan istefa verib.

    ***

    Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyub vəfat edib. Bu barədə onun dostları məlumat veriblər. V.Əyyub xərçəng xəstəliyindən əziyyət çəkirdi.

    Mərhumla vida mərasimi bu gün saat 16-da Xətai rayonu İlqar Zülfüqarov küçəsi 29/42-a 2-ci kvadratla üzbə-üz binanın həyətində yaşadığı mənzildə keçiriləcək.

    V.Əyyubun cənazəsi bu gün Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Vurğun Əliş oğlu Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub.

    1973-cü ildə keçmiş Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub. 1977–1984-ci illərdə Sabirabad və Tovuz rayonlarında müəllim, 1985–1993–cü illərdə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetdə işləmişdir. 1988-ci ildən filologiya elmləri namizədidir.

    Bir kitabın, 150-dən çox elmi, siyasi-publisistik məqalələrin müəllifidir. 1986-cı ildə Azərbaycanda yaradılmış ilk qeyri-hökumət təşkilatı “Çənlibel” elmi-ədəbi birliyinin yaradıcılarından və sədri olub.

    Azərbaycan milli-azadlıq hərəkatının təşkilatçılarından, AXC-nin təşəbbüskarlarından və AXC Məclisinin və İdarə Heyətinin üzvü olub. 1992-1993-cü illərdə Vurğun Əyyub Tələbə Qəbulu üzrə Dövlət Komissiyası TQDK-ya rəhbərlik edib. 15 noyabr 1992-ci ildə Test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib.

    Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini 1992-ci ildə gerçəkləşdirib.

    Vurğun Əyyubla vida mərasimi bu gün saat 4-də Xetai rayonu İlqar Zülfüqarov 29/42 a (Məhəmməd Hadi).2 ci kvadratla üzbə -üz binanın həyərində, yaşadığı mənzildə olacaq.

    Müsavat.com bildirir ki, dəfn Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında olacaq.

    Allah rəhmət eləsin!

635x100

Şərhlər

Roma 2019-09-24 17:59:46

Vurğun Əyyub, əsl ziyalı, şəxsiyyətinə hörmət elədiyim bir Azərbaycanlı... Allah qəni-qəni rəhmət eləsin, yeri behişt olsun...

F.Əliyev 2019-09-24 17:59:46

Allah rəhmət etsin!Baxıram ki, hamı öz mənəvi borcunu verməyə gəlibdir.Bu hamıya dərs olmalıdır.

Elli 2019-09-24 17:59:46

Allah rəhmət eləsin!

Əli 2019-09-24 17:59:46

Əsl kişilər millətin qaymaqları bir yerdə idi dəfn də.YAP dan niyə heç kim yox idi .Onlar Milli Hərəkatda olmayıblar? Allah rəhmət eləsin.

Mirzə AĞ 2019-09-24 17:59:46

Çox dəyərli bir qardaşımızı itirdik... Başın sağ olsun, vətən! Bu kişi rəhmətini sağlığında qazanıb... Bir daha, rəhmət diləyirəm!!!

İ.Mustafaoğlu 2019-09-24 17:59:46

Allah rəhmət eləsin,yeri cənnəti məkan olsun.

Bashirov Qarib 2019-09-24 17:59:46

Çoxdan idi belə urvatlı,hörmətli dəfn prosesini görməmişdik. Azərbaycanın elitası bir araya gəlib millətin mərd oglunu son mənzilə yola salırdı.Əyilə-əyilə yaşayıb ölumunu yada salmayanlar uçun bir ibrətdir.Elçibəydən sonra,qarşısında səmimiyyətən baş əyən millətimizin elitasına minnətdarıq. Allah rəhmət eyləsin.

müəllim 2019-09-24 17:59:46

Vurğun Əyyub əsl müəllimdir! İdi yazmağa əlim gəlmir. Göz yaşları içində sarsılaraq yazıram bu şərhi! Kaş bu ölkədə hər kəs öz işinin məsuliyyətini onun kimi dərk edəydi! Onun kimi halal yaşayaydı! Vurğun müəllim, ruhunuz şad olsun! Mən sizin qarşınızda baş əyirəm! Hər zaman bizimləsiniz!

Alı 2019-09-24 17:59:46

ALLAH sevdiyi bəndələrini dərgahına tez, əziyyət, agrı-acı vermədən aparır deyirlər.Bir bəyaz göyərçinin kimi.Baxın bu İNSANIN simasına. O simada abır-həya. əzab-əziyyət, qaygı-səmimiyyət bir sözlə İNSAN simasını görəcəksiniz.ALLAH qəni-qəni rəhmət eləsin, məkanı behişt olsun, yaxınlarınin və onu bir insan kimi sevənlərin başı sag olsun.Amin. P.S.Səmimiyyət üçün:Həzrət Abbas haqqı YAP-ın üzvüyəm özüdə 92-dən.Admin qardaş burasın pozsanda yuxarıdakın burax X/E-m.

miri 2019-09-24 17:59:46

Allah rəhmət etsin, İnşəallah. Öz adını məmləkət tariximizdə yazan .

Vətəndaş 2019-09-24 17:59:46

Allah rəhmət eləsin! Ləyaqətli insan idi.

Son yazılar