Ərdoğan “New York Times”a sərt cavab verdi

“Bu, ədəbsizlikdir, alçaqlıqdır, xainlikdir”

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan “New York Times” qəzetinin “Ankaradakı Hacıbayram Məscidindən İŞİD-ə qatılanlar olub” xəbəri ilə bağlı açıqlama verib. Ərdoğan açıqlamasında “Dünən bir qəzet Hacıbayram Məscidindən çıxarkən çəkilən fotomuzdan istifadə edib bizi terroru dəstəkləməkdə günahlandırıb. Bu, ədəbsizlikdir, alçaqlıqdır, xainlikdir. Deyirlər ki, Türkiyə neft alıb, onlar Türkiyədə müalicə olunublar. Belə bir şey əsla mümkün deyil” deyib.

“New York Times” qəzetinin xəbərində İŞİD-in Ankaradakı Hacıbayram Məscidindən qərargh kimi istifadə etdiyi qeyd olunub və xəbərə Ərdoğanla baş nazir Davudoğlunun həmin məsciddən çıxarkən çəkilmiş fotosu əlavə edilib.

Ərdoğan çıxışında deyib ki,Türkiyə belə yalan xəbərlər qarşısında diz çökməyəcək qədər böyük ölkədir. “Bizim üçün Mosulda saxlanılan 49 insan hər şeydən vacibdir. Biz məsuliyyət adamlarıyıq, danışanda diqqətli olmalıyıq. 49 canın həssaslığı ilə hərəkət etməyə məcburuq. Təəssüflə bildirmək istəyirəm ki, bu həssaslıq qorunmur və xəyanət şəbəkələrinin dəyirmanına su tökülür. Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında dünya liderləriylə bu çirkin əməliyyat haqqında danışacağıq. Hər zaman yaşatmağın tərəfindəyik. Bu ölkə həmişə can alanların, zülm edənlərin qarşısında olmuşdur”.  /azadlıq.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar