HƏTƏRƏN, PƏTƏRƏN…

Azərbaycan dilində «siyasi söhbət»

Azərbaycanın «milli mediası» gecə-gündüz, yorulmadan çalışır, tər tökür - dünyada baş verənləri «ovcumuzun içinə» qoyur. Nəzərindən ən xırda bir «nüans» da qaçmaz… «mırt jurnalist evləri» halaldır müxbirlərimizə…

Mediamız gecə saat 5-də xəbər verdi ki, Mnatasakyanla Məmmədyarov Amerikada görüşüb, sadəcə, söhbət ediblər – yəni ki, elə-belə, vaxt ötürmək üçün bir-birinə «siyasi anekdot» danışıblar, ATƏT-in «kolxoz sədrləri» də doyunca gülüblər!

Fəqət, Azərbaycan tərəf burada da adəti üzrə, «kuryoz» yaşamalı olub. Belə ki, ermənilərin naziri «anekdot»u erməni dilində danışıb, sonra isə mətni moltani dilinə çevirib. «Kolxoz sədrləri» mənanı «tutaraq», bizlərə gülüblər…

Bizim nazir isə təmsil etdiyi dövlətin dilini bilmədiyi üçün, «anekdot»u moltani dilində danışıb, sonra mətni rus dilinə çevirib – trayn, prayn, şvayn… «Kolxoz sədrləri» heç nə anlamasalar da bu dəfə «elə-belə» (Abid müəllim demiş, «ala-bala» yox haaa!) gülüblər…

Sonra, canım sizlərə söyləsin, nazirlərin «anekdot» qonaqlığı davam etdiyi bir vaxtda, xəbər verildi ki, cəbhə bölgəsində («qoşunların təmas xəttində»!) ermənilər bir əsgərimizi şəhid ediblər! Əlüstü «reaksiya» vermişik – nazir Amerikada olduğuna görə, nazirliyin mətbuat katibi görünməmiş hikkə ilə bəyan edib: «Azərbaycan bu hadisəni bütün vasitələrlə izləyəcək». Bu da o anlama gəlir ki, şəhidimizin nəşinin cəbhə bölgəsindən «kənd qəbristanlığı»na qədər aparılması prosesi televiziyalarımızla canlı olaraq yayımlanacıq. Yəni ki, bundan artığını gözləməyin!

Bu və digər «utancverici» olayların baş verdiyi bir vaxtda, Nur-Sultandan da qəşşşəng bir xəbər gəldi – xəbər verildi ki, Azərbaycan parlamentinin sədri Oqtay Əsədov «həzrətləri»nə qəşəng bir qızıl medal verilib. Nə yazıq ki, hansı xidmətlərinə görə verildiyi barədə məlumat yoxdur.

İndi qalmışam mat-məəttəl – ya Rəbbim, bunları harada «istehsal» etmisən?!

Mirzə AĞ

Azpolitika.info

635x100

Şərhlər

fikrət 2019-09-24 20:55:35

eşitmişəm elmar qəşənğ anektod danişir hər bu kolxozniklərlə ğörüşəndə amma elmar məmmədyarov özüdə başa düşmür nə danişir nə haqqda danişir onlarda ğülür elmarda ..... bu bizim xin-i oktay əsədov mən deyim niyə alib qizi medali striptizə ğörə !!!

t.ədalət 2019-09-24 20:55:35

Mirzə müəllim,bizim deməyimizə baxan yoxdur.Ölkə "erməni uşaqları"nın əlində girinc qalıb.Nazirlərimizin anası,arvadı,gəlini və s.ermənidirsə,biz DQ-ni necə azad edə bilərik?... erməni ilə bulaşıq qan daşıyan nazirləri isə bütün Respublika tanıyır..

Elli 2019-09-24 20:55:35

Mirzə müəllim bunlara "malades" düşür.

Son yazılar