Tiflis Abxaziyanın qayıdışı üçün təzminat ödəməyə hazırdır

Gürcüstanın barışıq və bərabərlik məsələləri üzrə dövlət naziri Paata Zakareşvili ölkənin ərazi bütövlüyü təmin olunacağı təqdirdə rəsmi Tiflisin Abxaziyanın inkişafına vəsait ayırmağa hazır olduğunu bəyan edib.

Musavat.com-un gürcü mənbəyinə istinadən verdiyi məlumata görə, nazir daha sonra deyib: “Abxaziya Gürcüstanın tərkib hissəsidir və nə vaxt ki, barışıq baş tutacaq, ölkənin ərazi bütövlüyü bərpa olacaq, o zaman hökumət regionun inkişafı üçün zəruri olan vəsaiti ayıracaq”.

Bununla belə, Zakareşvili Suxuminin yeni münaqişə axtardığını da söyləyib: “Çünki Gürcüstan separatçı ərazilərə münasibətdə heç bir aqressiv səy göstərmir”.

Az öncə Abxaziya hökuməti Tiflisdən konflikt zamanı ona dəymiş zərərin qarşılığında təzminat kimi 20 milyard dollar tələb eləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar