POLŞA YENİDƏN BÖYÜK HADİSƏLƏRİN "BAŞ ROLUNDA" - ABŞ ordusu Polşa ərazisində niyə möhkəmlənir?

20-ci əsrdəki iki mühüm hadisədə - İkinci Dünya Müharibəsinin başlamasında və sovet kommunizminin çökməsində mərkəzi rolu oynamış, heç də böyük olmayan Avropa dövləti bu gün Rusiyanın hərbi ambisiyalarının önünü kəsməkdə əsas elementə çevrilib. Söhbət Polşadan gedir.

Rusiya ilə sərhədi olan Polşa tədricən öz müdafiə xərclərini artırır. ABŞ prezidenti Donald Tramp Polşaya əlavə 2 min nəfər hərbçi göndərəcəyinə söz verib. Hazırda Polşada 4 min Amerikan əsgəri var və bunu qeyri-rəsmi olaraq “Fort Tramp” adlandırırlar.

Polşa hökuməti əlavə hərbi kontingentin yerləşmə bazası üçün 2 milyard dollar ayırmağı nəzərdə tutur. Bundan başqa Polşa ABŞ-dan 32 ədəd “F-35A” qırıcısı alacaq.

Polşanın NATO-dakı xüsusi nümayəndəsi Tomaş Satkovski deyib: “Əgər ABŞ-ın mövqeyindən baxsaq, onda Polşa şərq cinahında yerləşir. Polşa olmadan səmərəli qabaqlayıcı tədbir görmək mümkün deyil. Bizim əhval-ruhiyyəmiz amerikansayağı köklənib. Biz hərbi xərclər yükününün bölüşdürülməsinin vacibliyini anlayırıq. Mənim baxışıma görə, həm biz, həm də ABŞ təhlükəsizliyin təminində maraqlıdır. Rusiyanın aqressiv davranışının və onun ciddi hərbi potensialının önünün kəsilməsi üçün bundan yaxşı vasitə yoxdur. Bu heç də Rusiyanı təxribata çəkməyə çalışmağımız anlamına gəlməməlidir. Burada söhbət məsuliyyətli siyasətdən gedir”.

ABŞ vitse-prezidenti Mayk Pens nasist Almaniyasının Polşaya hücum etməsinin 80 illiyi ilə əlaqədar 1 sentyabr tarixində Varşavaya səfər edib. Nasistlərin bu hücumu İkinci Dünya Müharibəsinə səbəb olmuşdu. Polşaya səfəri zamanı Pens bütün NATO müttəfiqlərini müdafiə sahəsi ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırıb.

NATO, alyansa daxil olan bütün 28 ölkəni öz Ümumi Daxilli Məhsullarının 2 faizini müdafiəyə xərcləməyə çağırır. ABŞ və Polşa bu öhdəliyi yerinə yetirirlər və onlar “yükü bölən” ölkələrdir.

Polşa müdafiə nazirliyi 2030-cu ilədək ÜDM-nin 2,5 %-ni hərbi ehtiyaclara xərcləməyi planlaşdırır. Soyuq müharibə dövründə Polşa NATO bloku ilə qarşıdurmada olan Varşava Müqaviləsi təşkilatının üzvüydü. 1999-cu ildən Polşa NATO-ya daxil olub. NATO-nun nizamnaməsinə uyğun olaraq, əgər alyansın hər hansı bir üzvünə hücum olarsa, onda digər üzvlər ona kömək etməlidirlər.

Satkovskinin sözlərinə görə, İkinci Dünya Müharibəsi şübhəsiz ki, çoxlu çapıqlar qoyub. Səfir bildirib ki, Polşanın paranoyası yoxdur, amma Rusiyanın qonşu Gürcüstan və Ukraynaya soxulmasını görən NATO bütün hesabları nəzərə alır. O, əlavə olaraq bildirib: “Biz heç də bu təhlükəni böyütmək istəmirik, lakin Rusiyanın 20 ildir ki, durmadan öz hərbi potensialını necə genişləndirməsini NATO çox yaxşı anlayır. Önləyici tədbirlər siyasəti bizə dialoq aparmağa imkan verir. Həm bizim və həm də NATO-nun hazırlaşması məntiqə uyğundur. Burada söhbət hər bir təhlükəyə qarşı hazır olmaqdan və daha səmərəli dialoqdan gedir”.

ABŞ hərbçilərinin sayının artırılması ilə bağlı vətəndaşların fikirləri isə müxtəlifdir. Polşanın cənub-şərqində yerləşən kiçik Sandomir şəhərinin sakini Malqorajata Mixalek deyib: ”Özümüzü təhlükədə hiss etməmək üçün, istərdim ki, burada daha çox ABŞ əsgəri olsun. Ruslar heç vaxt bizim xoşumuza gəlməyib və biz hər zaman Amerikan xalqı ilə yaxınlıq hiss etmişik”.

Ancaq Polşanın cənub-şərqində yerləşən Tarnobjeqe şəhərindən olan Yarey Baster isə, əksinə, Amerika hərbi kontingentindən narahatdır. O, bu barədə deyib: ”Əgər biz Amerikan əsgərlərini çağırsaq, onda bu Rusiyanı qorxuda bilər və bundan sonra onların özlərini necə aparacaqları bəlli deyil. Ola bilər ki, Rusiya öz qoşunlarını Polşanın daha yaxınına çəksin”. (“Fox News”-ABŞ)

“AzPolitika”nın əlavəsi: Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddir. Rusiyanın Kalininqradda böyük hərbi kontingenti var və buraya “İskander” raket kompleksi də yerləşdirilib. Tarixı nöqteyi-nəzərdən yanaşsaq, Polşa və Rusiya arasında heç zaman yaxşı münasibət olmayıb, baxmayaraq ki, onların hər ikisi slavyan xalqıdır. Birinci Dünya Müharibəsinə kimi Polşa torpaqlarının bir hissəsi Rusiya imperiyasının tərkibindəydi, lakin bu müharibənin sonunda Polşada respublika quruldu. Amma bolşevik Rusiyası bu respublikanı qəbul etmək istəmirdi və ona görə də, bolşeviklərlə polşalılar arasında müharibə olmuşdu. Həmin müharibədən Polşa qalib çıxmışdı. İkinci Dünya Müharibəsi başlayan kimi Almaniya ilə SSRİ Polşanı öz aralarında bölüşdürmüşdü. Polyaklar əsir düşmüş zabitlərinin Xatında ruslar tərəfindən öldürülməsini yaddan çıxarmayıblar. Göründüyü kimi, yaxın keçmişdən də bəlli olur ki, Polşa ilə Rusiya arasındakı gərginliyin kökləri dərindir.

SSRİ dağılandan sonra ABŞ bacardıqca Rusiya sərhədlərinə yaxınlaşır, əlbəttə ki, hərbi baxımdan. Diqqət etsək görərik ki, Avropa Biriyi genişlənərək Rusiyaya yaxınlaşdıqca, buna paralel olaraq NATO da öz sərhədlərini şərqə doğru genişləndirib. Amerika istəyir ki, Rusiya ilə Qərbi Avropanın arasında özünəməxsus bufer sədd çəksin. Elə məhz ona görə də, onlar Pribaltikada, Polşada və Rumınıyada hərbi kontingent saxlayır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Arif 2019-09-25 10:58:35

Yazmırsan olmur, Qafqazda ermənilər ruslar üçün nədirsə, Şərqi Avropada polyaklarda ingilislər üçün odur.

mahmud 2019-09-25 10:58:35

vugar sen butun dunyaya sanksiya tetbiq eleyen kafirlere gore gondhumuza gec baxirsan bizim dushmenimiz ermenilerin milli qehremani Qarbocovdur, Putin ise 2000 ilde hakimiyyete gelib oxu savadini artir. Putinin oz dovletini idare etmeyinden sene neoz derdin azliq edir sene

vuqara 2019-09-25 10:58:35

Narahat olma o satqin Polshada muselmanlarin qatili Amerikada Rusiysya Putine hec ne dede bilmeyrcekler allah onlarin belasini verer.

vuqar 2019-09-25 10:58:35

RUSIYA oz qonsularina qarsi ve umumilikde butun DUNYA dovletlerine qarsi o qeder NE ADEKVAT siyaset aparirki buda onlarin gec ya tez TECRIDINE getirib cixaracaq. Fikir verseniz gorersizki bu dovletin dunyada birce bele yaxin dostu yoxdur! Ne qderki Putin ve elaltilari RUSIYANI idare edir get-gede bundanda acinacaqli veziyyet yaranacaq!

Son yazılar