Kürdəmir sakininin avtomobili qarət olunub

Kürdəmir rayonunda avtomobildən oğurluq edilib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mollakənd ərazisində qeydə alınıb.

Kürdəmir rayon Axtaçı kənd sakini 40 yaşlı Nağıyev Hakim Yavər oğlu “Toyota” markalı avtomaşınını Mollakənd ərazisində saxlayaraq rayona gedib.

Sürücü geriyə qayıdarkən maşının şüşəsinin sındırıldığını və avtomobilinin qarət olunduğunu görüb. Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar