Zakir Qaralov Tapdıq Fərhadoğlunun işini nəzarətə götürdü

Eldar Sultanov: “Jurnalist Tapdıq Fərhadoğlu ilə bağlı məsələ baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb”

Baş Prokurorluq jurnalist Tapdıq Fərhadoğlunun döyülməsi faktı üzrə araşdırmaların qeyri-obyektiv aparılması barədə mətbuatda yayılan xəbərlərə münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında qeyd edib ki, jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon Prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb.

Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.

Qeyd edək ki, “Amerikanın səsi” radiosunun əməkdaşı Tapdıq Fərhadoğlu fevralın 20-də tələbələrin Bakı Dövlət Universiteti qarşısında etiraz aksiyasını işıqlandırdığı zaman universitetin mühafizə xidmətinin rəhbəri Mahir Höcətov tərəfindən döyüldüyünü iddia edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar