NAZİR RƏİS VƏ MÜAVİNİNİ İŞDƏN QOVDU - Ciddi nöqsanlara görə

Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.

“Report” xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.

635x100

Şərhlər

Sedaqet 2019-09-25 10:21:17

Çox şükür ki varsız Vilayet müəllim!!! ALLAH qorusun sizi!!! Yaxşı insan, əxlaqlı ailə başçısı,dövlətini millətini əlləri üstə tutan nazir!!!

Son yazılar