Yanlış vurulan peyvənd 40 uşağın həyatına son qoydu

Onlarla uşaq ağır vəziyyətdədir.

Suriyanın şimalında 40-dan çox uşaq su çiçəyinə qarşı keyfiyyətsiz peyvənd iynələri ucbatından həyatını itirib.

BMT (UNİCEF) Uşaq fondunun əməkdaşlığı ilə iki gün öncə başlanmış profilaktik kampaniya Suriyanın, iqtidarın nəzarəti altında olan İdlib əyalətinin şimali-qərbi rayonlarında faciə ilə nəticələnib.

Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, yalnız Circanazədə 12 uşaq həlak olub.

Onlarla uşaq ağır vəziyyətdədir. Onlarda güclü zəhərlənmə əlamətləri və allergik reaksiya müşahidə edilir. İqtidar və inqilabi qüvvələrin Milli koalisiyası tərəfindən yaradılmış “Müvəqqəti hökümət”, peyvənd kampaniyasının müvəqqəti dayandırılmasını elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar