"ASC-nin TORPAQ SAHƏSİNİ SATIB, PULUNU ÖLKƏDƏN ÇIXARMAQ İSTƏYİR" - Səhmdarlar Rza Nuriyevdən şikayətçidir 

"Dünən - 24 sentyabr 2019-cu il saat 11.00-da “Transavto EKS" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib. Yığıncaqda qeyri-qanuni olaraq, cəmiyyəti ləğv etməyə cəhd edilib". 

Bu barədə "AzPolitika.info"-ya Səhmdar Cəmiyyətin üzvlərindən biri məlumat verib. Məlumatda bildirilir ki, Səhmdar Cəmiyyətin səhmlərinin 82,5%-i Rza Nuriyev adlı şəxsə məxsusdur. Onun bu qədər səhmə 1998-ci ildə 20-ci hərracda cəmi 350 özəlləşdirmə payı ilə sahib olduğu bildiririlir. Bu da Rza Nuriyevin Əmlak Komitəsinin keşmiş rəhbərliyinə yaxın olması ilə bağlanır.

Məlumatda bildirilir ki, Rza Nuriyev toplantıya qatılmadığından, yığıncağa onun səlahiyyətli nümayəndəsi rəhbərlik edib. O, Rza Nuriyevin cəmiyyəti ləğv etmək istədiyini bildirib: "Yığıncaqda qeyri-qanuni olaraq cəmiyyəti ləğv etməyə cəhd edildi. Rza Nuriyevin Səhmdar Cəmiyyətin 2,55 ha özəlləşmiş torpaq sahəsinin 2,2 milyon manata satışına və cəmiyyətin ləğvinə razılıq verdiyi bəyan edildi. Cəmiyyətin minlərlə kv.metr ərazini əhatə edən binaları və əsas vəsaiti isə cəmi 30 min manat dəyərləndirildi".

Mənbənin sözlərinə görə, Səhmdar Cəmiyyətin 50-yə qədər səhmdarı ASC-nin ləğv olunmasının əleyhinə çıxıb: "Yalnız Rza Nuriyevin səlahiyyətli nümayəndəsi təkidlə ASC-nin ləğvinin lehinə səs verdi. Deyilənlərə görə Rza Nuriyev və ailəsi keçmişdə müxtəlif vasitələrlə sahib olduğu dövlət əmlaklarını satıb, əldə etdiyi pul vəsaitlərini ölkədən kənara çıxarmaq istəyir. Rza Nuriyevin ailəsinin də Azərbaycandan kənarda yaşadığı bildirilir..."

Bununla bağlı səhmdarlar tərəfindən aidiyyatı qurumlara müvafiq müraciətlər olunub, ASC-nin qeyri-qanuni olaraq ləğv edilməsinin qarşısının alınması xahiş olunub.

AzPolitika.info

635x100

Şərhlər

Məhəbbət 2019-09-25 15:32:08

Əmlak Komitəsi hardan bilsin ki,ASC,Zavod və Fabrikləri dağıdıb məhv edən vəzi korrupsioner vətən xainləri nə ilə məşquldur.115 ildən yuxarı vətəninə, xalqına,millətinə xeyir verən Azərbaycanda ən nəhəng zavodlardan biri olan AZNEFTKİMYAMAŞın nəzdinə SABAYIL MAŞINQAYIRMA ZAVODUNU kökündən yerlə yeksan edən,bahalı və müasir ÇPU dəzgahlarını satıb,z-dun əmlak və avadanlıqlarını satıb haram pullarla milyardlara sahib olan 45 ildən yuxarı həmin z-da işləyib və hal-hazırda BMZ-da işləyən,daha sonra zavodun talan olunmasında və qanunsuz olaraq BMZ-na birləşdirilməsində KORRUPSİONERLƏR-ƏLİ İSMAYIL oğlu İSMAYILOVA və onunla birlikdə z-dun talanmasında iştirak edən Sabayl Maşınqayırma Zavodundan 5 nəfər komissiyanın üzvləri,İlk öncə Zabrat Maşınqayırma Zavoduna birləşdirilməsinə razılıq verən Zabrat Maşınqayırma Zavodun direktoru və 5 nəfər komissiyanın üzvləri,daha sonra Zabrat Maşınqayırma Zavodun direktorunun sənəddə göstərilən dəzgahların faktiki olmadığını biləndən sonra Sabayıl Maşınqayırma Zavodun Zabrat Maşınqayırma zavoduna birləşməsindən imtina edərək Zabayıl Maşınqayırma Zavodun Balaxanı Maşınqayırma Zavoduna birləşdirilməsinə qarılıq verən Balaxanı Maşınqayırma Zavodun direktoru və 5 nəfər komissiyanın üzvləri böyük saxtakarlıqla addım ataraq milyardlara bərabər Dövlət əmlakını mənimsəyiblər.Biz Bir qrup AZNEFTKİMYAMAŞın əməkdaşları sübut edici sənədlərlə Pespublika Prokurorluğuna,DTX,DİN,cənab Prezidentə və mətbuat orqanlarına tezliklə müraciət edəcəyik.Çünki,cənab Prezidentin bu işdən qətiyyən xəbəri yoxdur.SMZ-nu dağıdanlar ciddi cəzaya layiqdirlər. Hörmətli AzPolitikanın baş redaktoru,bizlər ilk öncə Sizə arxalanaraq bu faktlarə aydın və açıq şəkildə yazırıq ki,qoy millətimiz və hüquq mühafizə orqanları agah olsunlar.

Son yazılar